Nils Lidholm (8 oktyabr 1922[1] – 5 noyabr 2007)[2] — keçmiş isveçli yarımmüdafiəçi və məşqçi. İtaliyada çıxış edərkən o, Il Barone (Baron) ləqəbi ilə tanınırdı. Milanın və İsveç millisində çıxış edərkən Qunnar Qren və Qunnar Nordal ilə birlikdə Gre-No-Li hücum üçlüyünün üzvü idi. Məhz Milanın heyətində o, nəzərəçarpacaq uğurlar əldə edə bilmişdi. Nils oyunu quran yarımmüdafiəçi idi, hansıki öz ötürmələri, uzaqgörənliyi, topa nəzarəti və gözəl oyun üslubu ilə bütün dünyaya məşhur olmuşdu. O, Milanda oynamış ən dahi futbolçulardan biri sayılır.[3] Lidholm təqribən 40 il ərzində 6 italyan klublarında məşqçilik etmişdi və İtaliya futbol tarixi ərzində ən uğurlu məşqçilərdən sayılır.[4] XX əsrin sonunda İsveçin ən böyük qəzeti Aftonbladet-in oxucuları tərəfindən minilliyin ən yaxşı İsveçli futbolçusu seçilmişdi.
Nils Lidholm | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi | Lidas, Baron | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Valdemarsvik, İsveç | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | (85 yaşında) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat yeri | Kukkaro Monferrato, İtaliya | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Dəfn yeri |
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | İsveç, İtaliya | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 185 sm | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Yarımmüdafiəçi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Təltif və medalları | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
1938-ci ildə Lidholm ilk klubu Valdemarsviks IF gəldi. 1942-ci ildə IK Sleipner, 1946-da isə IFK Norrköping klubuna keçdi. Bu klubun heyətində İsveç liqasının qalibi olmuşdur. İsveç millisi ilə 1948 Yay Olimpiya Oyunlarının qalibi olandan sonra, 1949-cu ildə ona Milandan təklif gəldi. Onun bu komandanın forması ilə oynadığı ilk oyun Sampdoriyaya qarşı olmuşdur, oyun Milanın 3–1 qələbəsi ilə bitmişdir. İtaliyada keçirtdyi ilk mövsümdə yarımmüdafiəçi 37 oyuna 18 qol vurmuşdur. 1951-ci ildə Lidholm ilk scudetto-sunu əldə etmişdir, bu uğur daha 3 dəfə 1955, 1957 və 1959-cu illərdə təkrarlandı. Bu oyunçu 1951-də Latın Kubokunu qazana bilmişdir, 1956-da isə Real Madridə qarşı keçirilən Avropa Kubokunun fınalında o, meydana kapitan sarğısı ilə başlamışdı, amma oyunu İspaniya təmsilçisi əlavə vaxtlarda 3–2 udmuşdur.
Lidholm fitnesin futbolda yaxşı nəticə qazanmaq üçün mühüm olduğunu anlayan ilk futbolçulardan idi. Buna görədə o, məşqdə digər futbolçulardan daha çox saat keçirdirdi. Onun sözlərinə görə, həftədə 2 dəfə nizə və güllə atıcılığı və uzağa tullanış ilə məşğul olurdu.[5] Onun klub karyerası 40 yaşına qədər davam etmişdir.
İsveç komandası ilə 1948 Yay Olimpiya Oyunlarını udan Nils vətənində keçirilən 1958 ilin Dünya Çempionatında millisinin kapitanı idi. Onun yaşı artıq 36-ya çatsa da, o, millisinə finala qədər gəlməyə kömək etmişdir. Sonuncu oyunda onlar braziliyalılara uduzmuşdular. Hesabı Lidholm açmışdı və bununla da Dünya Çempionatının finalında qol vura bilmiş ən qoca oyunçu olmuşdur, buna baxmayaraq 17 yaşlı Pele və Didinin komandası oyunu 5–2 edə bilmişdi.
Oyunçu karyerasını bitirdikdən sonra Lidholm Milanda köməkçi məşqçi vəzifəsində çalışırdı. 1963-cü ildə Milanın, 1966-da isə Hellas Veronanın baş məşqçisi təyin edilmişdi. Müxtəlif illərdə o, Monza, Varese, Fiorentina və Romada məşqçi funksiyasını yerinə yetirirdi. 1969-70-ci ilin mövsümündə o, Vareseni Seria B qalibi edərək, yüksək liqaya çıxarda bilmişdir. Onun növbəti uğuru 1978-79 sezonuna təsadüf edir, beləki bu illərdə o, Milanı İtaliya çempionatının çempionu etmişdi. 1984-cü ildə Lidholm Roma ilə birgə Avropa Kubokunun finalında oyun sonrası penalti zərbələrində Liverpul klubuna məğlub olmuşdur. 1980, 1981 və 1984 illərdə Romaya üç dəfə İtaliya Kubokunu qazandırmağa bacarmışdı.
Futbol tərk etdikdən sonra o, yenədə İtaliyada yaşamağa davam elədi və oğlu Karlo ilə birgə üzümçülük ilə məşğul olurdu. 5 noyabr 2007-ci ildə Nils Lidholm Kukkaro Monferratoda, Alessandriyaya provinsiyasında yerləşən evində vəfat etmişdir.
Varese