Bartolomeu Diaş

Bartolomeu Diaş (port. Bartolomeu Dias; təq. 1450-ci illər, Alqarve, Portuqaliya krallığı29 may 1500[1][2], Ümid burnu) — Portuqaliyalı dənizçi və səyyahı.

Bartolomeu Diaş
port. Bartolomeu Dias
Doğum tarixi təx. 1450
Doğum yeri Portuqaliya krallığı
Vəfat tarixi (49 yaşında)
Vəfat yeri Ümid burnu, CAR
Milliyyəti Portuqal
Fəaliyyəti Dənizçi və səyyah
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bartolomeu Diaşın həyatı haqqında ətraflı məlumat yoxdur. 1451-ci ildə anadan olduğu ehtimal olunur. Bəzi mənbələrdə tacir Joa Diaşın və səyyah Terra dos Quinersin nəslindəndir. Avropadan Hindistana gedən dəniz yolunun kəşf edilməsində Bartolomeu Diaşın böyük rolu olmuşdur. Öz şəxsi heyəti ilə birlikdə 1488-ci ildə Ümid burnuna qədər irəliləmiş, ancaq tropik qızdırmadan heyətin böyük bir qismi məhv olduğundan səfər yarımçıq dayandırılmışdır.

Hindistana gedən dəniz yolunun kəşf edilməsi

[redaktə | mənbəni redaktə et]

Bartolomeu Diaş 1486-cı ildə Portuqaliya kralı II Xuandan gizli bir tapşırıq alır. Bu tapşırığa əsasən o, Afrika qitəsinin ən uc nöqtəsinə qədər getməli, orada olan vəziyyəti öyrənməli və əgər mümkün olarsa, oradan da Hindistana gedən dəniz yolunu tapmalı idi. Diaşın ixtiyarına səfərini yaxşı təşkil etmək üçün 3 gəmi və peşəkar şəxsi heyət verilir. Gəmilər Bartolomeu Diaşın rəhbərliyi altında hərəkətə başladılar. Əvvələr portuqal dənizçilər, indiki Anqola ərazisindən uzağa hərəkət etmir və buradan geri qayıdırdılar. Diaş ilk dəfə olaraq, Namibiya ərazisinə qədər irəlilədi. Daha sonra San-Tome istiqamətində hərəkət etməyə başladı. Diaş Afrikanın cənub-qərb sahillərində lövbər saldı və bu sahillərə Portuqaliya krallığının bayrağını sancdı. Bayrağın sancılması kəşf olunan yeni ərazilərin Portuqaliya krallığının ərazisi olduğunu göstərirdi.

Bartolomeu Diaşın Cənubi Afrikadakı heykəli

Hərəkətinə davam edən Diaş şiddətli şimal küləyi ilə qarşılaşdı. Külək heyəti istiqaməti cənuba tərəf dəyişməyə məcbur etdi. Küləyin şiddətinin azalması və havanın soyumasından sonra gəmilər yenidən şimal istiqmətində hərəkətə başladılar. Diaş sahil boyu hərəkət edərəkən, sahil yaxınlarında salınmış bir kəndlə rastlaşdı. O, kəndə Angra dos Vaqueiros adını verdi. Bu gün həmin kəndin Afrikanın cəbub sahillərində yerləşən Mosselbai kəndi olduğu ehtimal olunur. Səfərin ortasına yaxın gəmilər Alqos Bai adlanan əraziyə daxil oldular. Alqos Bainin yaxınlığında yerləşən Kap Padrone ərazisində 12 mart, 1488-ci ildə Portuqaliya krallığının bayrağı sancıldı. Şəxsi heyətin təhlükəli ərazilərdən irəliləməkdən narahat olmasından sonra Bartolomeu Dias istəksiz bir şəkildə şərqə doğru istiqamətlənməyə başladı.

Bir neçə gündən sonra şərq istiqamətində hərəkət etdikdən sonra Qrot Vis çayının mənsəbinə çatdı. Bartolomeu Dias artıq hərəkətin şimala tərəf istiqmətləndiyini anladı. Bununla da Bartolomeu Dias 70 il müddətində dənizçilər tərəfindən axtarılan Hindistana gedən dəniz yolunu kəşf etmiş oldu. Bartolomeu Dias bu ərazini Ümid burnu adlandırdı. Dias Hindistana səfərə hazırlaşarkən gözlənilmədən şəxsi heyət arasında tropik qızdırma xəstəliyi yayılmağa başladı. Dias belə vəziyyətdə davam etməyin mümkünsüz olduğuna qərar verdi və qeri qayıtmaq əmrini verdi. Gəmilər qeri qayıdarkən Tafelbai körfəzində (bu gün ki, Keyptaun şəhəri) 1 may, 1488-ci ildə sonuncu Portuqaliya krallığı bayrağını sancdı. Anqola sahillərində bir müddət lövbər salan Dias şəxsi heyətin müalicə olunması ilə məşğul oldu və 16 ay sonra, 1488-ci ilin dekabr ayında Portuqaliya geri döndü.

Bartolomeu Diasın səfəri Portuqaliya krallığı tərəfindən uğurlu hesab olundu. Dias Portuqaliyaya geri döndükdən sonra gəmilər üçün xəritələrin hazırlanması və bəzi təlimatların verilməsi ilə məşğul olmuşdur. Hindistana getmiş ilk dənizçi səyyah olan Vasko da Qama Kabo-Verdeyə qədər Dias ilə birlikdə getmiş, daha sonra isə Dias geri qayıtmışdır. Portuqaliya krallığının yeni kral I Manuel Hindistana səfər təşkil etmək üçün Diası yox Vasko da Qamanı seçmişdir. Kralın daha təcrübəli olan Bartolomeu Diası niyə seçməməsi məlum deyil.

Bartolomeu Dias 29 may 1500-cü ildə Cənubi Afrika sahillərində — Ümid burnu yaxınlığında kəşfiyyat səfəri zamanı şəxsi heyəti ilə birlikdə şiddətli fırtınaya düşərək həlak olmuşdir.

  1. Livermore H. V. Bartolomeu Dias // Encyclopædia Britannica (ing.).
  2. Bartolomeu Dias de Novaes // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.