Xudaverdi Fərhad oğlu Abilov (1991; Azərbaycan – 28 may 2014; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2013-cü ildə Azərbaycan-Ermənistan təmas xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Xudaverdi Abilov | |
---|---|
Xudaverdi Fərhad oğlu Abilov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan |
Vəfat tarixi | |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Təltifləri |
Xudaverdi Abilov 1991-ci ildə anadan olub.
Gizir Xudaverdi Abilov 2014-cü ildə, mayın 27-dən 28-nə ötən gecə, saat 2.55 radələrində Azərbaycan-Ermənistan təmas xəttinin Füzuli rayonu istiqamətində ermənilərin atəşkəs rejimini pozması nəticəsində şəhid oldu. Mayın 28-i isə Xudaverdi Abilov Sumqayıt şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Abilov uğrunda şəhid olduğu torpağa tapşırıldı.
Xudaverdi Abilov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.