Xudayar yüzbaşı Çələbiyanlı

Xudayar yüzbaşı Oruc yüzbaşı oğlu Çələbiyanlı (1799-1870) — yüzbaşı.

Xudayar yüzbaşı Çələbiyanlı
Xudayar yüzbaşı Oruc yüzbaşı oğlu Çələbiyanlı
Doğum tarixi
Doğum yeri Xudayarlı
Vəfat tarixi
Vəfat yeri Xudayarlı

Həyatı[redaktə | mənbəni redaktə et]

Xudayar yüzbaşı Oruc yüzbaşı oğlu 1799-cu ildə Qaradağ vilayətinin Çələbiyanlı elində öz adı ilə adlanan obada anadan olmuşdu. Bəzi bilgilərə görə Şərəfabad şamı (Şərəfə də deyilir) deyilən yurdda dünyaya gəlib. Molla yanında oxumuşdu. Atasından sonra obalarına yüzbaşılıq etmişdi.

Xudayar yüzbaşı 1835-ci ildə Çələbiyanlı elinin bir neçə obası ilə Qarabağa gəlmişdi. Hələ Qaradağdan tanıdığı Cəfərqulu xan Məhəmmədhəsən ağa oglu Sarıcalı-Cavanşirə (Cəfərqulu xan Nəvaya) müraciət etmiş, ondan Diridağını almışdı. Burda qışlaq qurmuş, yayı yaylaqda keçirmişdi. Adi bir yüzbaşı olmasına baxmayaraq bir sıra görkəmli adamlarla dostluq etmişdi. İran şahının vəliəhdi Abbas mirzə Qovanlı-Qacar Naibəssəltənə onu şəxsən tanıyırmış. II Rus-İran savaşında şahzadənin tapşırıqlarını yerinə yetirmişdi. Abbas mirzənin vəfatından sonra Qaradağ hakimi ilə yola getməmiş, Qarabağa mühacirət etmişdi. Qarabağda heyvandarlıqla məşğul olmuş, hakimin xahişlərinə baxmayaraq geri qayıtmamışdı.Cəbrayıl rayonundakı Xudayarlı kəndi onun adını daşıyır.

Xudayar yüzbaşı 1870-ci ildə vəfat edib.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Xudayar yüzbaşı Şərəfnisə xanımla ailə qurmuşdu.

Oğlanları

Qızları

  • Hürnisə xanım, Abış Xumarlı-Çələbiyanlı ilə ailə qurub.
  • Gülnisə xanım, Oruc Vəli ağa oğlu ilə ailə qurub.

Xudayar yüzbaşının şəcərəsi[redaktə | mənbəni redaktə et]

Vəli ağa Çələbiyanlı
Yusif xan Çələbiyanlı,
Hüseyn sultan Çələbiyanlı (1698—????)
II Vəli ağa Çələbiyanlı
Oruc ağa Çələbiyanlı (1768–1819)
Xudayar yüzbaşı (1799–1870)

Xudayar yüzbaşının nəsli[redaktə | mənbəni redaktə et]

Xudayar yüzbaşının nəsli xudayarlılar adlanır.

Xudayar yüzbaşı haqqında rəvayətlər[redaktə | mənbəni redaktə et]

Xudayar yüzbaşı qoyunçu olub. Diridağda on iki min sağmal qoyunu varmış. Bir gün çobanlarından biri xəbər gətirir ki, bəs Məlik ağa Cəbrayıllının adamları bir saz erkəyi qarmalayıb, apardılar. Xudayar yüzbaşı düşünür ki, getsəm Məlik ağa deyəcək bir erkək nəmənədir ki, dərə keçib, dağ aşıb, yol yorub, gəlmisən. Getməsəm deyəcək ki, Xudayar yüzbaşı məndən qorxdu. Atı minib üz tutur Çullu quzeyinə. Məlik ağanın olacağını tapıb, atdan düşür. Gədələr atı tuturlar. Xudayar yüzbaşı baxır ki, çəmənlikdə bir şahanə süfrə açılıb. Süfrənin başında Məlik ağa, ətrafında isə adlı - sanlı adamlar əyləşib. Yüzbaşını da süfrəyə dəvət edirlər. Xudayar yüzbaşı süfrənin yanında bardaşqurma əyləşir. Ortalığa qara qovurma gəlir. Hamı yeyib süfrədən əlçəkəndən sonra Məlik ağa yüzbaşıdan soruşur:

- Xudayar yüzbaşı, bu yeməkdən nə başa düşdün?
Xudayar yüzbaşı cavab verir:
- Məlik ağa, yediyiniz mənim erkəyimin əti idi.
- Nədən bildin?
- Ondan bildim ki, sənin qoyunun yovşan yeyir, əti acı dadmalıydı. Mənim qoyunum isə əzgən yeyir. Əzgən yeyən qoyunun əti şirin olur. Yediyimiz ət isə çox dadlı idi.
Məlik ağa Xudayar yüzbaşıya "bərəkallah" deyib bir at bağışlayır…

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu. Yük üstü çadırlı, yük altı qatırlı oba: Xudayarlı. "Soy" dərgisinin özl nəşri, Bakı, 2005.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]