Xumar Qədimova (1 fevral 1966, Qazax rayonu) — Azərbaycanlı estrada müğənnisi, bəstəkar, Azərbaycanın əməkdar artisti (2017).
Xumar Qədimova | |
---|---|
Ümumi məlumatlar | |
Doğum adı | Xumar İttifaq qızı Qədimova |
Doğum tarixi | 1 fevral 1966 (58 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Mükafatları |
Xumar Qədimova 1966-cı il aprelin 26-da Qazax rayonunda anadan olub. 1983–1987-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda "Kütləvi tamaşalar rejissoru" ixtisası üzrə təhsil alıb. Ali təhsil aldıqdan sonra bir müddət Dənizkənarı Bulvarda administrator kimi çalışıb. Daha sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda çalışıb. 1997-ci ildə sənət yaradıcılığına başlayıb.
Bu günə kimi 100-dən çox musiqi əsərləri səsləndirib, Azərbaycan ədəbiyyatının klassiklərinin və Nazim Hikmət, Yunus Əmrənin şeirlərinə mahnılar bəstələyib və ifa edib. 2007-ci ildə Türkiyənin Maslak şəhərində yerləşən TİM konsert sarayında "Bir Can Turkiyə-Azərbaycan" adlı solo konsertlə çıxış edib.
Eyni zamanda Xumar Qədimovanın bəstələdiyi mahnıları Türkiyənin məşhur müğənnisi Kibariye, Yıldız Tilbe və başqaları ifa edib.
3 mart 2017-ci ildə Azərbaycan Respublikasında mədəniyyət sahəsindəki səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülmüşdür.[1]
Say | Ad |
---|---|
01 | İsa Bulağı |
02 | Unuda Bilmirəm |
03 | Yandım, Elə Yandım |
04 | Ay İnsafsız, Bu Sənsənmi? |
05 | Gələcəyəm, Gəl Desən |
06 | Ayrılıq |
07 | Sərxoş |
08 | Azadlıq Həsrəti |
09 | Məktub |
10 | Miyanə Gözlər |
11 | Döz |
12 | Sənsiz Necə Yaşayaram? |
13 | Böyle Ayrılık Olmaz |
14 | Gəl İnad Etmə |
15 | Mənim Gülüm |
16 | Küsmərəm |
17 | Yarım |
18 | Sevgi Harayı |
19 | Əl-Ələ Tut, Gedək |
20 | Neylərəm |
21 | Satar-Satar |
22 | Bu Xumar ft. Aslixan |
23 | Giderim ft. Akrep |
24 | Ayrıldıq |
25 | Sevgilim |
26 | Unutamam Asla Seni |
27 | Sevdim Səni ft. Sheikh |