Xumbu Buzlağı Nepalın Xumbu regionunda, Nuptse silsiləsində Everest və Lhotze zirvələri arasında yerləşir. 7,600 metr (24,900 ft) hündürlükdə yeləşən mənbəyi və 4,900 metr (16,100 ft) yüksəkliyi ilə dünyanın ən hündür buzlağıdır.[1] Xumbu Buzlağının sonu Everest Baza düşərgələrindən birində bitir. Buzlağın başlanğıcı isə Everest yaxınlığındakı Sükut dərəsindədir.[2] Sükut dərəsinin qərbində Xumbu Buzlağı nəhəng buz divarı- Xumbu buz divarını əmələ gətirir. Bu buz divarı Everestə gedən Cənubi Kol marşrutunda ən böyük maneə və təhlükədir. Buzlaq həmçinin Nepalın ən böyük buzlağıdır.
Xumbu buzlağı | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 7.600 m, 4.900 m |
Yerləşməsi | |
27°57′32″ şm. e. 86°49′29″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |