Everest Baza düşərgələrinə iki baza düşərgəsi aiddir: Nepaldan 5,364 metr (17,598 ft) yüksəklikdə yerləşən Cənub Baza düşərgəsi (28°00′26″ şm. e. 86°51′34″ ş. u.HGYO) və Tibetdə (Çində) 5,150 metr (16,900 ft) yüksəslikdə yerləşən Şimal Baza düşərgəsi (28°08′29″ şm. e. 86°51′05″ ş. u.HGYO).[1][2][3]
Baza düşərgələri Everestə dırmanan peşəkar və ya həvəskar alpinistlər tərəfindən istifadə edilir. Cənub Baza Düşərgəsi cənub-şərq silsiləsindən keçərkən, Şimali Baza Düşərgəsi isə şimal-şərq silsiləsindən keçərkən istifadə olunur.[4]
Təchizatlar Cənubi Baza Düşərgəsinə hamballarla və ya şerplərlə və heyvanların köməyi ilə, əsasən də yaklarla daşınır. Şimal Baza Düşərgəsinə, Çin Milli Magistralı 318 — dən ayrılan asfalt bir yolla giriş mümkündür. Alpinistlər, hündürlük xəstəliyi riskini və şiddətini azaltmaq üçün, adətən, iqlimləşmə üçün bir neçə gün baza düşərgəsində istirahət edirlər.
Cənub tərəfindəki Everest Baza Düşərgəsi Himalaydakı ən populyar gəzinti marşrutlardan biridir və ildə 40.000 nəfər Lukla hava limanından oraya trek edir.[5]. Trekkerlər bu baza düşərgəsinə gəzintiyə başlamazdan əvvəl vaxt və enerjiyə qənaət etmək üçün Katmandudan Lukla-ya uçurlar. Ancaq Lukla'ya trek etmək mümkündür. Kathmandu-dan Lukla-ya gedən yol yoxdur və nəticədə böyük və ağır yüklərin yeganə üsulu təyyarədir.
Trekkerlər Lukladan Namça Bazara gedirlər. Bölgənin mərkəzi olan kəndə getmək təxminən 2 gün çəkir. Burada alpinistlər uyğunlaşma üçün istirahət edirlər. Sonra isə başqa bir uyğunlaşma üçün istirahət etmədən 4,260 metr (13,980 ft) daha Dinqboça gedirlər. Burada onlar istirahət edir və iki gün ərzində iqlimə uyğunlaşırlar. Beləliklə mərhələli olaraq alpinistlər buranın iqliminə uyğunlaşmış olurlar. Digər iki gün ərzində onlar Everest Baza düşərgəsinə gedirlər.
25 aprel 2015-ci il tarixində 7.8 bal gücündə zəlzələ Nepalı vurdu və Cənub Baza düşərgəsi üzərindən keçən Pumori üzərində uçqun meydana gətirdi. Nəticədə ən az 19 nəfərin öldüyü deyilir. Cəmi iki həftə sonra, Mayın 12-də, 7.3 bal gücündə ikinci zəlzələ baş verdi. Everest Baza Düşərgəsinə aparan yolların bir qismi bu zəlzələlərdən ziyan gördü və təmirə ehtiyacı oldu.
Şimal Baza düşərgəsinə ziyarət üçün hazırda Tibetin özünə ziyarət üçün tələb olunan icazəylə bərabər Çin hökumətindən də bir icazə tələb olunur. Bu cür icazələr nəqliyyat vasitəsini, sürücünü və bələdçini işə cəlb edən paket turu çərçivəsində Lhasadakı turizm şirkətləri vasitəsilə verilməlidir. Şimal Baza Düşərgəsinə Shelkar yaxınlığındakı Dostluq şosesindən cənuba 100 km-lik yol ilə nəqliyyat vasitəsilə daxil olunur. Baza Düşərgəsindən bütün turistləri alpinistlərin düşərgəsindən yoldakı nəqliyyatın hərəkətini məhdudlaşdırmamaq üçün hökumət tərəfindən idarə olunan avtobuslar götürməlidirlər. "Turizm bazası düşərgəsi" Ronqbuk Monastırı yaxınlığında yerləşir: faktiki olaraq alpinistlərin Baza Düşərgəsi Rongbuk buzlaqının ətəyindədir.