Xuraman Eldar qızı Əkbərova (1970, Bakı) —
Xuraman Əkbərova | |
---|---|
Doğum tarixi | 1970 |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Fəaliyyəti | Rejissor, kino və Tv- montajçı, Qurluşçu-rəssam, ixtiraçı |
Tanınmış işləri |
İthaf (film, 1990), Tələ (film, 1990), Şahid qız (film, 1990), Sonuncu məhəbbət (film, 1985), “Aramızda qalsın”, “Qayınana (teleserial, 2011)”, “Arşın mal satan”, “Həyat sən nə qəribəsən”, “Baldız”, “Ailəcanlı (teleserial, 2017)”, “Xalxın evi” və s |
Mükafatları | "Dünya Qadın" mukafatı, "Azərbaycan respublikasının, Teatr, Kino və Televiziyasınada, İLK QADIN DEKORATOR" nominasiyası |
Əkbərova Xuraman Eldar qızı 1970-ci ildə Bakı şəhərində anadan olub.
Uşaqlıqdan rəsm və incəsənətə xüsusi marağı olan Xuraman, məktəbdə oxuduğu illərdə dəfələrlə rəsm müsabiqələrində iştirak edərək, təhsil aldığı elm ocağına çoxsaylı mükafatlar qazandırıb. İncəsənətin müxtəlif növlərinə qısa zaman kəsiyində asanlıqla yiyələnə bilməsi ona, heykəltaraşlıq, rəssamlıq, dərzilik, vitraj və s. sahələrdə uğurlar əldə etməsinə kömək olub. Ən yadda qalan uğurlarından biri isə 16 yaşında ikən Ümumittifaq Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinə (ВДНХ) qatıldığı və SSRi-nin ən gənc naxışçısı kimi ölkəmizi layiqincə təmsil etdiyi müsabiqə olub.
• 1987-ci ildə Cəfər Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının kostyum sexində tikişçi kimi fəalliyyətə başlayıb. • 1988-ci ildə cizgi filmlərində rəssam.
• 1989-cu ildən etibarən isə montajçı kimi fəaliyətini davam etdirib.
• 1993-cü ildə Fəaliyyət istiqamətini genişləndirmək üçün, Sankt-Peterburqa yola düşüb. Bir müddət orada təcrübə topladıqdan sonra.
• 1994-cü ildə Bakıya geri dönərək, müxtəlif uşaq layihələrində çalışıb. Sözügedən layihələrdə dekorasiya (dekor tərtibatı), eləcə də kostyumların hazırlanmasında yaxından iştirak edib.
• 1999-cu ildə Space tv də uşaqlar üçün yayımlanan bir neçə proqramın müəllifi, rejissoru və rəssamı olaraq çalışıb:
"Bizim planet", "Ay işığında", "Kopoeyra vaxtı".
Bundan başqa, bir çox televiziya kanallarında yayımlanan verilişlərdə səhnə təribatının hazırlanmasında əməyi olub. Lider tv, "Quşçuğazin hekayələri" və "KUKLALAR".
Fəaliyyəti televiziya ilə məhdudlaşmayan Xuraman, Böyük Britaniyanın Azərbaycandakı nümayəndəliyinin nəzdində yaradılmış kukla teatrının quruluşçu rəssamı və kukla ustası kimi də çalışıb. Qaçqin düşərgələrində yaşayan uşaqlar ilə kukla tamaşalarını səhnələşdirib. Qatıldığı layihələrdən birində, "SOS" uşaq kəndində, Bacarıqlı əllər dərnəyində uşaqlara əl sənətini və rəsm əsaları proqramını uğurla tədris edib.
• 2009-cu ildə Taekvondo üzrə Dünya çempionatının açılış mərasiminin quruluşçu rəssamı,
• 2010-cu ildə Xəzər Tv-də "Tumurcuq" verilişinin müəllifi və kukla ustası olub.
• 2011-ci ildən bir neçə serialda quruluşçu rəssam kimi çalışıb –
Aramızda qalsın (film, 2011-2013)
Həyat sən nə qəribəsən (teleserial, 2013) ,
Xalxın evi və s..
• 2015-ci ildə "ÖZÜNÜ TANIT"-beynəlxalq layihənin quruluşçu rəssamı olub
• 2016-cı ildən XƏZƏR Televiziyasının yeni binasında bütün dekorasiyaların quruluşçu rəssamı təin olunub
• 2018-ci ildən yaranan "OL" teatrının quruluşçu rəssamı və kukla ustası kimi fəaliyyətini davam etdirir.
• Hal hazırda Xəzər tv-də dekorasiya və dizayn şöbəsinin rəhbəridir. Qeyd edək ki , Azərbaycan tele məkanında yeganə xanım dekoratordur.