Xuraman Canıbəyova

Canibəyova Xuraman Əkbər qızı (26 avqust 1957) — alim.

Xuraman Canıbəyova
Canibəyova Xuraman Əkbər qızı
Doğum tarixi (67 yaş)
Doğum yeri Qazıməmməd, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası kimya
Təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti elmi tədqiqatçı, alim
Fəaliyyət illəri 1982-2017

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1957-ci il 26 avqust – Hacıqabul (keçmiş Qazıməmməd) şəhərində anadan olmuşdur. 1973-cü il – şəhər 6 (indiki 3) saylı səkkizillik məktəbdə natamam orta təhsil almışdır. 1975-cü il – şəhər 5 (indiki 1) saylı orta ümumtəhsil məktəbi bitirmişdir. 1980 – Dövlət Pedaqoji İnstitutun kimya fakultəsində ali təhsil alaraq, kimya müəllimi ixtisası əldə etmişdir. 1980-1982-ci illər – orta məktəbdə kimya müəllimi vəzifəsində işləmişdir. 1982-1985-ci illər – Elmlər Akademiyasının Qeyri – Üzvi və Fiziki Kimya Elmi – Tədqiqat İnstitutunun aspiranturasında əyani təhsil almışdır. İnstitutun "Səth hadisələri və səthi-aktiv maddələr" laboratoriyasında "Səthi-aktiv maddələrin metal və lay süxurları səthində adsorbsiyanın tədqiqi"nə dair elmi-tədqiqat işləri aparmağa başlamış, aldığı tədqiqat nəticələri ilə respublika, ümumittifaq və beynəlxalq konfranslarda dəfələrlə çıxış etmiş, məqalələri dövri ədəbiyyatda – "Azərbaycan Neft Təsərrüfatı" jurnalında və elmi-tədqiqat toplularında dərc olunmuşdur. 1985-1995-ci illər - Elmlər Akademiyasının Qeyri – Üzvi və Fiziki Kimya Elmi – Tədqiqat İnstitutunda mühəndis, Kimya Texnologiyasının Nəzəri Problemləri Elmi – Tədqiqat İnstitutunda kiçik elmi işçi vəzifələrində işləmişdir. 1995-ci ildən – Neft hasilatının artırılması istiqamətində apardığı elmi tədqiqatlarını Neft-Qaz Sənayesi Elmi-Tədqiqat Layihə İnstitutunda davam etdirmişdir. 2001-ci il – "Lay süxurlarının və yeraltı avadanlıqların səthində səthi – aktiv maddələrin adsorbsiyasının tədqiqi yolu ilə neftçıxarma göstəricilərinin artırılması" mövzusunda dissertasiya işini müdafiə edərək, "Neft və qaz yataqlarının işlənməsi və istismarı" ixtisası üzrə texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 2003-cü ildən - Neft-Qaz Sənayesi Elmi-Tədqiqat Layihə İnstitutunda böyük elmi işçi vəzifəsində işləmişdir. 1 ixtiranın, 16 elmi məqalənin müəllifidir. Elmi işləri səthi aktiv maddələrin tətbiqi ilə neft hasilatının artırılması və neft – mədən avadanlıqlarının korroziyadan mühafizəsi istiqamətindədir. Hazırda neft-qaz quyularının qazılmasında istifadə olunan, çoxfunksiyalı qazma məhlullarının daha bir funksiyasını – korroziya aktivliyini tədqiq edir.