Xuran boğazı

Xuran boğazı (fars. تنگه خوران‎) — İranın cənub-qərbində Hörmüzgan ostanı ərazisində yerləşən boğaz. Boğaz Hörmüz boğazının bir hissəsi olaraq İran körfəzini Hind okeanının Oman körfəzi ilə birləşdirir. Materiklə Qeşm adası arasında yerləşir. Qərbdə Bəndər Lingə və şərqdə Bəndər Abbas şəhərləri arasında yerləşir.

Xuran boğazı
fars. تنگه خوران
Yerləşməsi
26°57′44″ şm. e. 55°43′43″ ş. u.
Ölkə  İran
Akvatoriyası
Ayırır Qeşm adasını materikdən ayırır
Xuran boğazı xəritədə
Xuran boğazı
Xuran boğazı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qərbind Baseidu, şərqində Tebl-Hill burnu vardır. Mehran və Rude-Şur çayları boğaza tökülür. Şərq girişində Dukuhek adaları yerləşir.

Materikdəki Bandar Pol ilə Qeşm adasındakı Laft arasında avtomobil bərəsi işləyir.

Xuran boğazı 1975-ci ildə Ramsar ərazisi kimi beynəlxalq əhəmiyyətli su-bataqlıq ərazisi kimi təyin edilib. Ramsar ərazisi 785,05 km² ərazini əhatə edir[1].

  1. "Khuran Straits". Digital Observatory for Protected Areas (DOPA) (ingilis). European Commission. 2022-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-15.