Hörmüzgan ostanı - İranın cənubunda ostan. Mərkəzi Bəndər-Abbas şəhəridir. Ostanın ərazisi 71.193 km² - dir.[2] 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 1.403.674 nəfər əhali yaşayır.[3] Əhalisini əsasən farslar, ərəblər (10%)[4], bəluclar, azərbaycanlılar, lurlar və s. millətlər təşkil edir.
Hörmüzgan ostanı | |
---|---|
27°11′18″ şm. e. 56°16′36″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Hörmüzgan ölkənin cənubunda, Fars körfəzi və Hind okeanının sahilində və Ərəbistan yarımadası ilə üzbəüz yerləşir. Sahil xəttinin uzunluğu 1000 km-ə (620 mil) çatır. İranla Omanı bir-birindən ayıran Hörmüz boğazı da bu vilayətin qarşısındadır.
Vilayət şimaldan Fars və Kirman əyalətləri, şərqdən Sistan və Bəlucistan, cənubdan Fars körfəzi və Hind okeanı, qərbdən Buşəhr vilayəti ilə əhatə olunmuşdur. Ümumi sahəsi 70697 km², əhalisi 1403674 nəfər, inzibati mərkəzi Bəndər Abbas şəhəridir.
Hörmüzgan yerləşdiyi strateji mövqeyi ilə Fars və Sasanilər dövründə həmişə əhəmiyyətli bir region olmuşdur. İslam hakimiyyətindən sonra regionun əhəmiyyəti daha da artmış və region yaxşı ticarət imkanlarına malik olduğu üçün zənginləşmişdir. Marko Polo 1272 və 1293-cü illərdə Bəndər Abbası ziyarət etmiş və şəhər bazarlarında ləl-cəvahiratların, Hind-Çindən gətirilən ipək və fil sümüyü məmulatlarının bolluğunu və gözəlliyini qeyd etmişdir.
Birinci Dünya Müharibəsi illərində bu regionda neftin kəşfi ilə regionun əhəmiyyəti daha da artmışdır.
Hörmüzgan cənubda Zaqros dağlarının bitdiyi, dərə-təpəli ərazidə yerləşir. Bu dağlıq hissə vilayətin qərbini (Bəndər Abbasın qərb hissəsi) təşkil edən regiondadır. Əyalətin şərqi isə nisbətən daha düz bir struktura malikdir.
Əyalətin iqlimi isti və rütubətlidir. 49 dərəcədən yuxarı temperatur müşahidə edilir. İllik yağıntı miqdarı azdır və quraq torpaq formasına malikdir.