Yüksəl Səlcuq Türkoğlu (1971, Kayseri) — müəllim və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı.[1]
Yüksəl Səlcuq Türkoğlu | |
---|---|
Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı | |
Vəzifədədir | |
2 iyun 2023-cü ildən | |
Seçki dairəsi | 2023 — Bursa (1.) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1971 |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Partiya | |
Təhsili |
|
Yüksəl Səlcuq Türkoğlu 1971-ci ildə Kayseri ilində anadan olub. İbtidai, orta və lisey təhsilini Kayseridə alıb. 1994-cü ildə Bursa Uludağ Universiteti İqtisadiyyat və İdarəetmə Bölməsindən məzun olub. Kocaeli Universiteti Təhsil Bölməsindən təhsilin idarə edilməsi və təftişin planlaşdırılması üzrə magistr dərəcəsi alıb.[1]
Batmanda və Bursada müəllim olaraq çalışıb. Təhsil və Elm İşçiləri İttifaqının (EĞİTİM SEN) şöbə müdiri və il sədri olub. 2020-2023-cü illərdə İYİ Partiyanın Bursa il sədri vəzifəsində təmsil olunub.[1]
2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Bursa ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İnsan Hüquqları Araşdırma Komissiyasının üzvü vəzifəsində təmsil olunub.[1]
Evli və 4 uşaq atasıdır.[1]