Yüngül pulemyot bir əsgər üçün köməkçiyə ehtiyac olmadan daşımaq və istifadə etmək üçün hazırlanmış bir silahdır. Ümumiyyətlə cəbhə bölgələrində piyada dəstəyi üçün istifadə olunur. Yüngül pulemyotlar normal silah və ya taktiki vasitə kimi də təsvir edilə bilər.
İlk yüngül pulemyot, Birinci Dünya müharibəsi əsnasında ingilislərin piyada əsgərlərə dəstək məqsədilə istehsal etdikləri Lewis pulemyotu idi. Müharibənin sona çatması ilə müəyyən kiçik zonalarda və modern piyada dəstələrinin təcili olaraq ehtiyac duyduğu ərazilərdə istifadə olunmağa başlandı. Yüngül pulemyotlar hərəkət halında və ya belə söykənərək istifadə edilə bilinsə də, bu çox da lazım olmadı. Adətən ayrıc dəstəyi ilə üzü üstə vəziyyətdə istifadə olunurdu. Brengun və ya BAR kimi yüngül pulemyotlarda bir bəslənmə darağı vardı. MG 34 və s. pulemyotlar həm daraq, həm də mayonla qidalanırdı. Müasir yüngül pulemyotlar daha kiçik çaplı və daha çox güllə atma prinsipi əsasında hazırlanmışdır. Rusiya istehsalı olan RPK kimi bəzi yüngül pulemyotlar, daha uzun bir darağı AK-47 standart piyada silahına birləşdirərək və istiliyə qarşı daha qalın bir lülə montaj edilərək yaradılmışdır.