MG 34 (Maschinengewehr 34) — Almaniya istehsalı olan hava soyutmalı, yüngül/orta səviyyəli pulemyotdur, ilk dəfə 1934-cü ildə istehsal edilmiş və 1935-ci ildə xidmətə qəbul edilmiş və 7.92 mm-lik Mauzer döyüş sursatından istifadə etmişdir.
MG 34 | |
---|---|
Ölkə | |
İstismar tarixçəsi | |
İstismara başlanması | 24 yanvar 1939[1] |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
Konstruktor | Rheinmetall |
Konstruksiya tarixi | 1934[1] |
İstehsalçı | Colt's Manufacturing Company |
Vikianbarda əlaqəli mediafayllar |
Birinci Dünya müharibəsindən sonra klassik, ləng və ağır Maksim mitralyozlarına alternativ olaraq, Alman mühəndisləri yüngül yüksək atəş gücünə malik olan MG 42 və MG 34-ün ilk modeli olan MG 15 pulemyotunun istehsal etdilər. MG 15-in inkişafı ilə 1935-ci ildə gözlənilən MG 34 ağır pulemyotu istifadəyə verildi. MG-34 asanlıqla daşınır və psixoloji cəhətdən düşməni lərzəyə salırdı. 1942-ci ilə qədər piyada və tanklarda istifadə edilən MG 34-lərin istifadəsi 1942-ci ildən yalnız tanklarla məhdudlaşdırıldı və istehsalı dayandırıldı. 1942-ci ildən başlayaraq MG 42 istehsal olunmağa və istifadəyə başlanıldı.