Yüz ilin tənhalığı

Yüz ilin tənhalığı (isp. Cien años de soledad) — Kollumbiyalı yazıçı Qabriel Qarsiya Markesin 1967-ci ildə nəşr olunmuş romanıdır. Romanda Buendia nəslinin yaran­ma­sı, yük­sə­lişi, qürubu və məhvi əks etdirilmişdir. Roman ədəbiyyatın ən yüksək nailiyyətlərindən biri olaraq göstərilir.[3][4][5][6]

Yüz ilin tənhalığı
isp. Cien años de soledad
Müəllif Qabriel Qarsiya Markes
Janr magik realizm
Orijinalın dili İspanca
Ölkə
Orijinalın nəşr ili 1967
Tərcüməçi Günel Mövlud
Nəşriyyat Qanun
Nəşr 2011
Səhifə 486
Növ roman
Tiraj 1000
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sehrli realist üslubu və tematik mahiyyəti ilə Yüz ilin tənhalığı üslub baxımından modernizmdən və Kuba avanqard ədəbi cərəyanlarından təsirlənən 1960-1970-ci illərin Latın Amerikası Bumunun mühüm təmsilçi romanıdır.[7]

İlk dəfə 1967-ci ilin may ayında Buenos Ayresdə "Editorial Sudamericana" nəşriyyatı tərəfindən nəşr olunduğu gündən bəri əsər 37 dilə tərcümə edilmiş və 50 milyondan çox nüsxəsi satılmışdır.[8][9][10][11] Qarsiya Markesin şah əsəri sayılan roman həm İspan ədəbiyyatında,[12] həm də dünya ədəbiyyatında ən yaxşı roman olaraq sayılır və öz populyarlığını saxlayır.[13][14]

“Yüz ilin tənhalığı” romanında Buendia nəslinin yaran­ma­sı, yük­sə­lişi, qürubu və məhvi əks etdirilmişdir. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tən­halıq hekayətidir. Tənhalıq, ailə üzvlərinin bir-birindən aralı düş­­məsi, onların bir-birini anlaya bilməmələri romanda, hə­qi­qətən, mifik xarakter daşıyır. Buendia ailəsinin bir neçə nəs­li­nin ta­rix­çəsinin özü və bununla yanaşı onun xarakterik xüsu­siy­yətləri – insestə meyil və onun lənətlənməsi, qəhrəmanların tale­lə­rinin qabaq­cadan müəyyən edilməsi nəsil mifi xarakteri qazanır. Ro­manda o, Makon­do­nun və bütün Buendia üzvlərinin həlakına bir neçə dəqiqə qalmış bu nəs­lin sanskrit dilində yazılmış tarixçəsini açmış qaraçı Melkiades surətində təcəssüm edir. Eyni zamanda, romanda mif parodiyası da var. Qəsdən yaratdığı mifoloji qur­ma­larda, nəql etmənin adiliyində təzahür edən, hərdən cəfəng və aş­kar fan­tas­tik hadisələrdən danışan müəllifin xüsusi kinayəli gü­lüşü parodiya vasitəsidir. Latın Amerikası nəsrinin mifyaradıcı “mö­cü­zə­nin reallığı”, “magik realizm” romanda Amerikanın tək­rarsız sima­sının yaradılmasının va­cib vasitəsi və eyni zamanda özünə bir pa­ro­diya kimi çıxış edir.

Kitabdan sitat:

" Adamların özləri birinci dərəcəli vaqonlarda səfər eləyib, kitabları yük vaqonlarında daşımağa başladıqları gün dünyanın axırı olacaq. "

Çilili şair Pablo Neruda "Yüz ilin tənhalığı" romanını "Servantesin "Don Kixot"undan sonra yazılmış ən böyük vəhy" adlandırmışdı. Amerikalı yazıçı Uilyam Kennedi isə bu romanı İncildən sonra bəşəriyyətin oxuması üçün vacib olan birinci kitab hesab etmişdi[15].

  1. 1 2 3 Internet Speculative Fiction Database (ing.). Editorial Sudamericana, 1967.
  2. 1 2 3 Identifiants et Référentiels (fr.). ABES, 2011.
  3. "The 50 Most Influential Books of All Time". Open Education Database. 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  4. "The Greatest Books". thegreatestbooks.org. 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  5. "The 100 greatest novels of all time". The Telegraph. 2020-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  6. "100 must-read classic books, as chosen by our readers". Penguin. 2022-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  7. "One Hundred Years at Forty" Arxivləşdirilib 2021-10-22 at the Wayback Machine (December 2007) The Walrus, Canada
  8. "The magician in his labyrinth". 2017-09-06. 2017-09-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-04-16.
  9. ""Author Gabriel Garcia Marquez dies" (17 April 2014) BBC". 7 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 July 2020.
  10. Bell-Villada, Gene H. Gabriel García Márquez's One Hundred Years of Solitude: A Casebook. Oxford University Press. 2002. ISBN 0-19-514455-4.
  11. One Hundred years of Solitude, by Gabriel García Márquez, 2003, Harper Collins: New York, ISBN 0-06-088328-6, post-script section entitled: 'P.S. Insights, Interviews & More' pp. 2–12
  12. "Arxivlənmiş surət". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  13. "The 50 Most Influential Books of All Time". Open Education Database. 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  14. "The 100 greatest novels of all time". The Telegraph. 2020-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.
  15. "Первый после Библии". 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]