Yıldıray Baştürk

Yıldıray Baştürk — Türkiyə futbolçusu

Yıldıray Baştürk
Ümumi məlumatlar
Doğum tarixi (45 yaş)
Doğum yeri Herne, Almaniya
Vətəndaşlığı
Boyu 168 sm
Çəkisi 65 kq
Mövqeyi yarımmüdafiəçi
Karyerası
Türkiyə
Klub karyerası[* 1]
1996–1997 Almaniya Vattenskeyd 0 (0)
1997–2001 Almaniya Bohum 104 (13)
2001–2004 Almaniya Bayer 73 (8)
2004–2007 Almaniya Herta 71 (14)
2007–2009 Almaniya Ştuttqart 31 (4)
2010– İngiltərə Blackburn
Milli yığma[* 2]

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Yıldıray Baştürk 24 dekabr 1978-ci il təvəllüdlü Baştürk Almaniyanın Herne şəhərində dünyaya gəlib.

Futbolun sirrlərini "Sportfreunde Vanne-Eykel" klubunda öyrənib. Daha sonra 9 il – 1987–1996-cı illərdə "Vattenskeyd" klubunun müxtəlif yaş qrupları üzrə komandalarında çıxış edib. 1996/97 mövsümündə bu komandanın əsas heyətinə cəlb olunsa da, meydana çıxmayıb. 1997-ci ildə "Bohum"a transfer olunub. Bu komandada 104 oyun keçirib və 13 qola imza atıb. 2001-ci ildə "Bayer"ə keçib. Leverkuzen təmsilçisinin heyətində meydana çıxdığı 73 oyunda 8 qol vurub. 2004–2007-ci illəri Hertada keçirən Yıldıray 71 dəfə meydana çıxaraq, 14 dəfə rəqib qapıçıları məyus edib. 2007-ci ildə transfer olunduğu "Ştutqart"da indiyə qədər 26 oyun keçirib və 4 qola imza atıb.

Millidəki karyerası

[redaktə | mənbəni redaktə et]

1998/2008-ci illərdə Türkiyə millisinə 45 dəfə dəvət alıb. Onlardan ikisində qol vurub. Türkiyə yığması ilə 2002-ci ildə Dünya üçüncüsü olub. Bir il sonra isə Konfederasiyalar Kubokunun bürünc medalını qazanıb. 2001-ci ildə "Bayer"lə Çempionlar Liqasının finalında oynayan Yıldıray bununla da tarixə düşüb. Belə ki, o, ÇL-in finalında oynayan ilk türk futbolçu olub.