Yırtıcı jurnallar — məqalələrin keyfiyyəti və etibarlılığı üçün sadəcə səthi yoxlama aparan və etibarlı akademik jurnalların təqdim etdiyi redaktə və nəşr xidmətlərini təqdim etmədən müəlliflərdən nəşr haqqının alınmasını nəzərdə tutan istismarçı akademik nəşriyyat biznes modeli. Yırtıcı jurnallarda rədd edilmə nisbəti aşağıdır, nadir hallarda isə sıfıra bərabərdir. "Açıq çıxışlı yırtıcı jurnallar" fenomeni ilk dəfə "ödəniş üçün istənilən məqaləni dərc etməyə hazır olan jurnallar"dan bəhs edən Cefri Bill tərəfindən istifadə edilmişdir.[1] Habelə, "yırtıcı" sözü ilə də bağlı müxtəlif tənqidlər səsləndirilib.[2] Bill tərəfindən başlanan qalmaqalın uzun icmalı "The Journal of Academic Librarianship"-də əlçatandır.[3]
Bu jurnallar tədqiqatçıları aldadaraq nəşr etdikləri üçün "yırtıcı" hesab olunurlar. Baxmayaraq ki, bəzi müəlliflər jurnalın keyfiyyətsiz və hətta saxta olduğunu bilsələr də, yenə də orada məqalə dərc edirlər. İnkişaf etməkdə olan ölkələrdən olan yeni tədqiqatçıların xüsusilə yırtıcı jurnallar tərəfindən aldadılma riski altında olduqları bildirilir.[4][5][6] Aparılan bir araşdırmaya görə, yırtıcı jurnallarda dərc olunan məqalələrin 60%-i dərc olunduqdan sonrakı beş il ərzində heç bir istinad almır.[7][8]
Cefri Bell tərəfindən 2017-ci ilin yanvar ayına qədər beş il ərzində mütəmadi olaraq yenilənən "Beall's List" hesabatında jurnalları yırtıcı kimi təsnif etmək üçün meyarlar ortaya qoyulmuşdu.[9][10] Frontiers Media nəşrinin Billə qarşı açılmış və daha sonra heç bir nəticə vermədən bağlanan məhkəmə işinin açılması tələbi, Billin siyahısının oflayn olmasının bir neçə səbəblərindən biri idi. Lakin Bill əsas səbəbi heç vaxt açıq şəkildə paylaşmadı.[9][11] Bağlandıqdan sonra yırtıcı jurnalları müəyyən etmək üçün ödənişli "Cabell siyahısı"[12] kimi müxtəlif siyahılar ortaya çıxmağa başladı.
↑Krawczyk, Franciszek; Kulczycki, Emanuel. "How is open access accused of being predatory? The impact of Beall's lists of predatory journals on academic publishing". The Journal of Academic Librarianship. 47 (2). 2021: 102271. doi:10.1016/j.acalib.2020.102271.