Yəhudi Mübarizə Təşkilatı — 1942-ci ilin 22 iyul tarixində yaradılmış yeraltı mübarizə təşkilatı. Varşava gettosunda yaşayan yəhudilər tərəfindən yaradılmış təşkilatın əsas məqsədi yəhudilərin ölüm düşərgələrinə göndərilməsinin qarşısını alaraq, Holokostu dayandırmaq olmuşdur. Varşava gettosu üsyanının təşkil edilməsində təşkilatın üzvləri fəal iştirak etmişdir. Yəhudi Mübarizə Təşkilatı zamanla sol yönümlü sionistlərin aktivlik göstərdiyi təşkilata çevirilmişdir. Təşkilat Avropada antifaşist hərəkatı ilə bağlı fəaliyyət göstərən müxtəlif qruplarla əlaqələr quraraq fəaliyyət sahəsini genişləndirməyə çalışmışdır. Polşa Sionist Partiyasının nəzarəti altında olan Yəhudi Mübarizə Təşkilatının ilk rəhbəri Mordechai Anielewicz olmuşdur.
Bu məqalə qaralama halındadır. |