Yəmən mətbəxi — bütün ərəb ölkələrinə xas xörəklərlə zəngindir. Yeganə yerli fərq dəniz məhsullarından və ədviyyatlardan çox, düyüdən isə az istifadədir. Milli xörəklərdən ən dadlısı saltadır - toyuq əti mərcimək, yaşıl noxud və ədviyyatlardan ibarətdir və yanında qarnir kimi düyü verilir. Xaradxa və ya arada ədviyyatlı qiymədir, ondan piroqların içliyi kimi də istifadə olunur. Yəmən mətbəxində digər ərəb ölkələrindən fərqli olaraq souslardan az istifadə olunur. Onu bitki yağı, sirkə və bitki qarışıqları əvəz edir. Yemək süfrəsini çay tamamlayır. Çayı nanə və digər otlarla içirlər. Burada qışr da çox populyardır - qəhvə qabığı və ədvalardan ibarətdir. Yəmən mokko qəhvəsinin vətənidir. Onu, adətən əncir və müxtəlif ədviyyatlar əlavə olunmuş halda içirlər.[1]