Yəməndə husi çevrilişi

Yəməndə husi çevrilişi2014-cü ilin 19 sentyabr tarixindən etibarən Yəməndə başlamış siyasi böhran və böhranın ardından ölkədə vətəndaş qarşıdurması ilə müşahidə edilən dövlət çevirilişi.[3][4][5][6] Ölkədə baş verən qarşdurmanın 2015-ci ilin yanvar ayında şiddətlənməsinin ardından hökumət istefa vermək məcburiyyətində qalmışdır. Ölkə prezidenti olan Abd Rəbbuh Mənsur əl-Hadi 2011-ci ildə ölkədə baş verən Yəmən inqilabının ardından Əli Abdullah Salehin yerinə prezident seçilmişdir. Salehin dönəmində onun əsas silahdaşlarından sayılan və vitse-prezident vəzifəsini icra etmiş Mənsur Hadinin hakimiyyətə gətirilməsi ölkə daxilində sabitliyin bərpa edilməsində yetərli olmadı. Yəməndə Şiə əhalisinin dəstəklədiyi Husi silahlıları ilə hökumət qüvvələri arasında baş verən toqquşmaların 2015-ci ilin ilk ayında şiddətlənməsinin ardından hökumət istehfa vermək məcburiyyətində qalmış və ölkə paytaxtı olan Sana şəhəri Husi silahlıların nəzarəti altına keçmişdir.

Yəməndə husi çevrilişi
Tarix 19 sentyabr 2014 - 2015
Yeri Sana, Yəmən Yəmən
Səbəbi Sabitliyin bərpa olunmaması
Nəticəsi

Şiddətli döyüşlər davam edir:

Münaqişə tərəfləri

Yəmən Yəmən
Yəmən ordusu

Husilər

Komandan(lar)

Mənsur Hadi

Əbdülməlik əl-Husi
Məhəmməd Salam

  1. "Yemeni prime minister resigns as Shiite rebels sieze government headquarters". 2016-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-25.
  2. "Yemen president quits, throwing country deeper into chaos". 2015-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-25.
  3. "Yemen 'Coup' A Sign Of Expanding Iranian Influence In the Middle East". International Business Times. 22 January 2015. 24 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 January 2015.
  4. Riedel, Bruce. "The Next King Of The Saudis: Salman, The Family Sheriff". The Daily Beast. 22 January 2015. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 January 2015.
  5. "Yemen's President 'has no control' as Houthi rebels storm palace". CNN. 20 January 2015. 8 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 January 2015.
  6. "US war on terror threatened by Yemen coup". MSNBC. 23 January 2015. 5 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 January 2015.