Yəzidiyyə — Şimali Afrika ibadiliyinin əsas qollarından biri. 784-cü ildə Əbu Küdamə Yəzid ibn Fəndin İfrani tərəfindən qurulmuş[1][2] məzhəbin davamçıları Əbu Yəzid Nükkarinin başçılığı ilə İfriqiyyədə hakim Fatimilərə qarşı üsyan qaldırmışdılar. Onlar 944-cü ildə Əl-Qeyrəvanı fəth etmiş və Sus şəhərini mühasirəyə almışdılar, lakin 947-ci ildə məğlubiyyətə uğramışdılar.[3] Yəzidiyyə məzhəbinin davamçılarının Cerba adasında hələ də mövcud olduğu güman edilir.[2] Onlar hakim vəhbi ibadiliyindən ayrılmışdılar.[4] Yəzidiyyənin ana qolu olan vəhbi ibadiliyi qorunub-saxlanılmış ibadi mətnlərinin əksəriyyətinin əlaqəli alimlərə aid edildiyinə görə ibadilikdə ən çox yayılmış düşüncə məktəbi olmuşdur.[5][6]