Fatimilər xilafəti (ərəb.الخلافة الفاطمية, əl-Xilafa əl-Fatimiyyə) — Fatimilərin idarə etdiyi hərbi-teokratik dövlət. Şimali Afrikada yaranmışdır. Antifeodal xarakter daşıyan ismaililər hərəkatının genişlənməsindən istifadə edən ilk Fatimi xəlifəsi Ubeydullah əl-Mehdi (909–934) ərəb və bərbər tayfalarının köməyi ilə Əğləbiləri hakimiyyətdən salaraq Fatimilər xilafətinin əsasını qoymuşdu. O, az bir muddətdə Mərakeş istinsa olmaqla bütün Şimali Afrikanı tutmuşdur. Yarım əsr sonra Misir və Suriya da Fatimilər xilafətinə daxil edilmişdir. 969-cu ildə Fatimi sərkərdəsi Cauhər Misiri tutmuş və Qahirə şəhərinin əsası qoyulmuşdur. 973-cü ildə ildə Qahirə xilafətin paytaxtı elan edilmişdir. X əsrin sonunda Fatimilərin hakimiyyəti Suriyadan Mərakeşə qədər yayılmışdı.[1]
Fatimi xəlifələri (xəlifə eyni zamanda ismaili imamı sayılırdı) tədricən feodal hakimlərinə çevrilmişdilər. X əsrin sonlarında, xüsusən xəlifə Əzizin (975—996) dövründə məhsuldar qüvvələrin artması, əkinçiliyin inkişafı, sənətkarlıq və ticarətin genişlənməsi nəzərə çarpırdı. XI əsrin ortalarında Fatimilər xilafəti zəifləmiş, 1048-ci ildə Şimali Afrika Fatimilər xilafətindən ayrılmışdır. XII əsrin ortalarına qədər normanlar Siciliya, Malta, Tripoli, Mehdiyyə və s. şəhərləri zəbt etmişdilər. Suriya səlibçilərin, sonra isə səlcuqların hakimiyyəti altına girmişdir. 1169-cu ildə Fatimilər xilafətində vəzir təyin olunmuş Səlahəddin Əyyubi 1171-ci illə hakimiyyəti ələ keçirmiş və Misirdə Əyyubilər sülaləsinin əsasını qoymuşdur.[1]
↑ 12Фатимиләр хилафәти // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: Спутник—Фронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 512.
Brett, Michael. The Fatimid Empire. The Edinburgh History of the Islamic Empires. Edinburgh: Edinburgh University Press. 2017. ISBN978-0-7486-4076-8.
Cortese, Delia, "Fatimids", in Muhammad in History, Thought, and Culture: An Encyclopedia of the Prophet of God (2 vols.), Edited by C. Fitzpatrick and A. Walker, Santa Barbara, ABC-CLIO, 2014, Vol I, pp. 187–191.
English translation:Halm, Heinz. The Empire of the Mahdi: The Rise of the Fatimids (ingilis). Bonner, Michael tərəfindən tərcümə olunub. Brill. 1996. ISBN9004100563.
Hofer, Nathan. "Sufism in Fatimid Egypt and The Problem of Historiographical Inertia". Journal of Islamic Studies. 28 (1). 2017: 28–67. doi:10.1093/jis/etw042.
Köhler, Michael A. Hirschler, Konrad (redaktor). Alliances and Treaties between Frankish and Muslim Rulers in the Middle East (ingilis). Holt, Peter M. tərəfindən tərcümə olunub. Leiden: Brill. 2013. ISBN978-90-04-24890-8.
Runciman, Steven, The History of the Crusades Volume I: The First Crusade and the Foundation of the Kingdom of Jerusalem, Cambridge University Press, 1951
Sanders, Paula. [[[:Şablon:Google Books]] Ritual, Politics, and the City in Fatimid Cairo] (#bad_url). Albany, New York: State University of New York Press. 1994. ISBN0-7914-1781-6.