YDG-H

Vətənpərvər İnqilabçı Gənclik Hərəkatı (kürd. Tevgera Ciwanen Welatparêzên Şoreşger; türk. Yurtsever Devrimci Gençlik Hareket, abr. YDG-H) — Kürdüstan Fəhlə Partiyasının (PKK) gənclərdən ibarət şəhərdaxili, silahlanmış qolu.[1] Daha təcrübəli PKK döyüşçüləri tərəfindən şəhərdaxili müharibə üzrə təlim görmüş[2] və 15–25 yaş qrupundan olan uşaq və böyüklərdən ibarət olan[3] təşkilat 2006-cı ildə təsis edilmişdir.[1] Təşkilat 2014-cü ildə Türkiyənin hüquq-mühafizə işçiləri ilə vuruşmağa başlamış və zorla öz hakimiyyətini qəbul etdirməyə çalışmışdır. Təşkilatın strategiyası Cənub-şərqi Anadolu regionunda yerləşən müxtəlif şəhər və qəsəbələrdə muxtariyyətin birtərəfli bəyan edilməsi və şəhərdaxili ərazilər boyunca əldəqayırma partlayıcı qurğular ilə möhkəmləndirilmiş səngər və barrikadaların yaradılması idi.[4]

YDG-H
kürd. Tevgera Ciwanen Welatparêzên Şoreşger
türk. Yurtsever Devrimci Gençlik Hareket
Növü silahlı gerilla təşkilatı
Yaranma tarixi 2013 (2013)–2015 (2015)
Ölkə  Türkiyə
Tabedir Kürdüstan Fəhlə Partiyası
Tərkibi 15–25 yaşlı gənclər
Vəzifəsi Muxtariyyət tələblərini qorumaq
Qərargah Cənub-şərqi Anadolu regionu
Döyüşlər Şırnak döyüşləri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Təşkilat Cənub-şərqi Anadoluda yaşayan kürdlərin regional şəkildə özünüidarəetmə mübarizəsini dəstəkləyirdi. YDG-H təşkilatının iddia edilən digər missiyaları regionda narkomaniyafahişəlik, eləcə də digər cinayətlər ilə bağlı bütün fəaliyyətlərin sona çatdırılması da var idi.[5]

YDG-H 2015-ci ilin dekabr ayında PKK tərəfindən yenidən təşkil olunmuş və Mülki Qoruma Dəstələri (YPS) adlandırılmışdır.[6]

  1. 1 2 "A new generation of Kurdish militants takes fight to Turkey's cities". reuters.com (ingilis). Reuters. September 25, 2015. October 11, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 13, 2019.
  2. "Children of the PKK: The Growing Intensity of Turkey's Civil War". spiegel.de (ingilis). SPIEGEL ONLINE. October 10, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 13, 2019.
  3. "PKK looks to the future with creation of youth militias". al-monitor.com (ingilis). Al-Monitor. 2015-08-31. October 10, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 13, 2019.
  4. "The Human Cost of the PKK Conflict in Turkey: The Case of Sur". crisisgroup.org (ingilis). Crisis Group. March 17, 2016. October 16, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 13, 2019.
  5. "PKK Youth Fight for Autonomy in Turkey". YouTube (ingilis). VICE News. February 13, 2015. July 16, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 13, 2019.
  6. "Managing Turkey's PKK Conflict: The Case of Nusaybin". crisisgroup.org (ingilis). Crisis Group. May 2, 2017. October 10, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 13, 2019.