Yağlıvənd gölü

Yağlıvənd gölüAzərbaycan Respublikasının Füzuli rayonununda göl. Şirin sulu, axarlı göldü. Göl rayonun Yağlıvənd kəndi ərazisində yerləşir. 1955-ci ildə Suqovuşan və Təpə bulağından 5–6 yüz metr aşağıda Köndələnçay və Ağoğlan çayının qarşısını kəsib, bənd atdılar və Köndələnçay səddini tikdilər.

Yağlıvənd gölü
Ümumi məlumatlar
Tökülən çaylar Köndələnçay, Ağoğlan
Axan çay Köndələnçay
Yerləşməsi
39°38′31″ şm. e. 47°07′12″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Yerləşməsi Füzuli rayonu
Yağlıvənd
Yağlıvənd gölü xəritədə
Yağlıvənd gölü
Yağlıvənd gölü
Yağlıvənd gölü xəritədə
Yağlıvənd gölü
Yağlıvənd gölü

Rəsmi sənədlərdə 1 N-li Köndələnçay Su anbarı adlandırılan bu gölün su tutumu 20 milyon kubmetr təşkil edir. Tikintisi 1962-ci ildə başa çatdırıldıqdan sonra su anbarı istismara verilmiş və suvarma məqsədilə yaradılmışdır.

Lakin Füzuli rayonunun Yağlıvənd kəndi erməni qəsibkarları tərəfindən işğalı (15 avqust 1993-cü il) nəticəsində su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olmuşdur.

27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsindən sonra adıçəkilən göl yenidən təmir edilərək bərpa edildi.