Yağlakar sülaləsi

Yağlakar sülaləsi (Göytürkcə: , çin. 藥羅葛) — Uyğur xaqanlığını idarə etmiş əsas sülalə və klan. Uyğur xaqanlığındakı 9 əsas qrupdan biri idi.

İlk hakimləri

[redaktə | mənbəni redaktə et]

Yağlakarların bilinən ilk hakimləri Tan tarixi kitablarında qeyd olunub.[1][2]

  1. İltəbər Tecian (特健)
  2. İltəbər Pusa (菩萨, ö.629) — onun dövründə Uyğurlar Seyanto ilə birlikdə Şərqi Göytürk xaqanlığına hücuma keçmişdilər.
  3. İltəbər Tumidu (吐迷度, 629–648) — o atasından fərqli olaraq Seyantoya qarşı çinlilərlə ittifaq bağlamışdı.648-ci ildə qardaşıoğlu Vuhe tərəfindən öldürüldü.
  4. İltəbər Vuhe (乌纥) — 648-ci ildə əmisini devirərək taxta çıxmışdı. Çebi xaqanın kürəkəni idi. Elə həmin il də çinlilər tərəfindən devrildi.
  5. İltəbər Porun (婆闰) — 17 noyabr 648-ci ildə hakimiyyətə gəldi. Tumidunun oğlu idi. Koreyanın işğalında çinlilərə kömək etmişdi. 662-ci ildə vəfat etdi.
  6. İltəbər Bisudu (比粟毒) — 662-ci ildə taxta çıxmışdı. Porunun qardaşıoğlu idi. Çinlilərə üsyan etmişdi. Puqu və Tonqlu qəbilələri ilə ittifaq bağlamışdı.
  7. İltəbər Tuceçi (独解支) — Bisudunun oğlu idi. 715-ci iləcən hökm sürmüşdür.
  8. İltəbər Fudifu (伏帝匐) — Tuceçinin oğlu idi.
  9. İltəbər Çenqsonq (承宗) — Fudifunun oğlu idi. 727-ci ildə hakimiyyəti bitmişdi. Sürgün edilmişdi.
  10. İltəbər Fudinan (伏帝難) — Çenqsonqun oğlu idi. Atası ilə sürgün olunmuşdu.
  11. Yağlakar Huşu (護輸) — Çenqsonqun qardaşıoğlu idi. Əmisinin intiqamını almaq üçün çinlilərə dəfələrlə hücum etmiş, 727-ci ildə çinli general Vanq Cünçounu öldürmüşdü.
  1. Qutluq Bilgə Kül xaqan — Huşunun oğlu idi. Göytürk xaqanlığına son vermişdi.
  2. Bayan Çur xaqan
  3. İdigən Bögü xaqan
  4. Tun Bağa Tarxan
  5. Külüg Bilgə xaqan
  6. Ur Çor xaqan — varis qoymadan ölmüşdür. Yağlakar sülaləsinin sonu gəlmişdi.
  1. 《旧唐书·回纥传》
  2. 《新唐书·回鹘传》