Bayan Çur xaqan

Moyon Çur xaqan (çin. 葛勒可汗) — 747-ci ildən 759-cu ilədək Uyğur xaqanlığının xaqanı.

Moyon-Çur xaqan
藥羅葛磨延啜
Uyğurların II xaqanı
Ay Tenqridə Qut Bolmuş
İl Etmiş Bilgə Xaqan
747 – 759
ƏvvəlkiQutluq Bilgə Kül xaqan
Şəxsi məlumatlar
Doğum tarixi
Vəfat tarixi
Vəfat yeri Ordu-Balıq
Atası Qutluq Bilgə Kül xaqan
Həyat yoldaşı Ninquo (İmperator Suzonqun qızı)
Uşaqları Şexu
İdigən

716-cı ildə doğulmuşdur. İlk dövrləri haqda məlumat yoxdur. 747-ci ildə Qutluq Bilgə Kül xaqan ölüncə yerinə oğlu Tay Bilgə Tutuk yabqu təyin olunsa da, Moyon Çur qardaşını devirərək xaqan oldu.[1] O, qardaşının tərəfini tutan Qırğız, Çik, Səkkiz Oğuz və Doqquz Tatar kimi Türk boylarını itaət altına alaraq, dövlət nüfuzunu gücləndirdi.[2] Digər yandan yenə bu dövrdə, cənubdakı Beş-balıq, Kuça və Qaraşar kimi zəngin taxıl və ticarət şəhərləri də Uyğur təsirinə düşmüşdü. Turfan bölgəsi ilə Uyğurlar arasındaki münasibətlər də, yenə bu dövrdən etibarən başlamış oldu. Moyon Çur xaqanın önəmli işlərindən biri də, onun zamanında, Uyğurlar arasında şəhərləşmə, oturaqlaşma işlərinə başlamasıdır. Digər yandan eyni xaqan, geMoyonə güclənməkdə olan Tibet təhlikəsini sezərək onlara qarşı cəbhə aldı. İmperatorun istəyinə görə, Çində böyük bir təhlikə yaradan An Luşan adlı yarı-türk əsilli bir sərkərdənin üsyanının yatırılmasına yardım etmişdir. Bu yardım sonunda aparılan müqavilə ilə Uyğur tacirlərinə Çin qapıları da açılmış oldu.

xaqanın Şinə-usu gölü yaxınında tapılmış, Göytürk yazısı ilə yazılmış olan, uyğurca bir kitabəsi var. Bu kitabədə xaqan olaraq etdiyi işlərdən bəhs olunuMoyon an Çur xaqanın ölümündən sonre yərinə oğlu İdigən xaqan oldu.

Moyon Çur və çinlilər

[redaktə | mənbəni redaktə et]

756-cı ildə An Luşan adlı bir sərkərdə üsyan qaldırıb Tan sülaləsinə məxsus hakimiyyəti ələ aldı. Hakimiyyətdən uzaqlaşdırılan Çin imperatoru uyğurlardan kömək istədi. Çinə sahib olmaq arzusunda olan Moyon Çur xaqan böyük qüvvə ilə Çinin paytaxtını ələ keçirərək, imperatorun hakimiyyətini bərpa etdi. Moyon Çur Çin imperatorunun qızı ilə evlənərək, əlaqələri daha da möhkəmləndirdi. Əldə edilmiş razılığa görə çinlilər uyğurlara 20 min top ipək verməli oldular. Lakin çox çəkmədi ki, uyğurlarla çinlilər arasında münasibət pisləşdi. 757-ci ildə onların arasında baş vermiş döyüşlərdə çinlilər ağır itki verdilər və yenidən uyğurlardan asılılığı qəbul etmək məcburiyyətində qaldılar.

  1. С.Г.Кляшторный. Руническая надпись из Восточной Гоби. – "Studia Turcica". Budapest, 1971, с. 249-258.
  2. "International Journal of Central Asian Studies - Volume 12 - 2008" (PDF). 2016-08-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-28.
  3. Prof. Dr. Saadettin Yağmur Gömeç - Uygur Türkleri Tarihi ve Kültürü, səh. 37, 1997