Yaşılçiçək pittosporum

Vətəni Cənubi Amerikadır.

Yaşılçiçək pittosporum
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Yaşılçiçək pittosporum
Beynəlxalq elmi adı

Təbii yayılması:

[redaktə | mənbəni redaktə et]

Botaniki təsviri:

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 2 m olan həmişəyaşıl koldur. Əvvəlki iki növdən xırda, ətirli və əsasən yaşılımtıl-ağ çiçəklərinin olması ilə fərqlənir. Bu bitkinin əyri gövdəsi və uzun dərili yarpaqları vardır. Çiçəkləməsi uzun müddət – maydan iyula qədər davam edir. Meyvəsi qutucuqdur. Toxumları yapışqan mayenin içərisində yerləşir. Yazda gövdə qələm və toxumla çoxaldılır.

Münbit və rütubətli torpaqlarda yaxşı inkişaf edir. Budanmanı yaxşı keçirir. Yazda çətirinə forma vermək üçün budanma aparılır. Qısa budandıqda çiçəkləməsi bol və uzunmüddətli olur. Suvarılma yayda normal, qışda isə orta miqdarda aparılmalıdır. Vaxtaşırı yarpaqları çiləmək lazımdır. Bitki əsasən yazda köçürülür. Zərərvericilərə tez yoluxur. Çox parlaq günəş şüaları yarpaqların kənarlarının qurumasına və burulmasına səbəb olur. Az işıqlı şəraitdə isə gövdələri zəif inkişaf edir, yarpaqları rəngini dəyişir.

Azərbaycanda yayılması:

[redaktə | mənbəni redaktə et]

Dendrologiya İnstitutunun təcrübə sahələrində çiçəkləyir və meyvə verir. Park və bağlarda mədəni şəraitdə becərilir.

Bitkidən istixanaların, qış bağlarının yaşıllaşdırılması üçün istifadə edilir. Bəzək bağçılığı üçün əvəzsiz bitkidir.

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov

Məlumat mənbələri

[redaktə | mənbəni redaktə et]
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh.
  • Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh