Yaşıl Dərə və ya Yaşıldərə — Sumqayıt şəhəri periferiyasında yerləşən gecəqondu və bağlardan ibarət yaşayış massivi.
Yaşıl Dərə | |
---|---|
Yaşayış massivi cənubdan Ceyranbatan, şərqdən Saray qəsəbəsinə doğru uzanır. Şimaldan Sumqayıt şəhərinin məhəllə və mikrorayonları əhatələnən massivdə ilk məskunlaşmalar 90-cı illərdən başlasa da, tikinti bumu əsasən 2000-ci illərin ortalarından etibarən intensivləşib. Hal-hazırda massiv Sumqayıt şəhər əhalisinin mənzil tələbatını qarşılayan əsas ərazilərdən biridir.
2013-cü ildə hazırlanmış Sumqayıt şəhərinin Baş Planında Yaşıldərə ərazisi Sumqayıtın əsas genişlənmə istiqamətlərindən biri kimi nəzərdə tutulub[1].