Xlorellanın nə olduğunu yəqin ki, çoxları bilmir. Halbuki bu yaşıl yosunlar kənd təsərrüfatı istehsalının intensivləşdirilməsində mühüm rol oynaya bilər. Xlorellada çoxlu zülallar və digər qidalı maddələr vardır. Bunlardan iri buynuzlu mal-qaranın, quşların və balıqların yemlərinə əlavə kimi istifadə olunur.
Yaşıl möcüzə | |
---|---|
Janr | sənədli film |
Rejissor | Xamiz Muradov |
Ssenari müəllifləri |
Cəlal Əliyev Vaqif Hümmətoğlu |
Operator | Sərdar Vəliyev |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1979 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1979 |
Texniki məlumatlar |
2 hissə 560 metr 35 mm |
Rəng | rəngli |
Elmi-kütləvi film yosunların xüsusiyyətini, onların xalq təsərrüfatı üçün əhəmiyyətini öyrənmək məqsədilə yaradılmışdır.
Filmin çəkilişləri xlorelladan geniş istifadə olunan yerlərdə — Şəki bölgəsində, Özbəkistanda və Moskvada aparılmışdır.
Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.