Qərbi Avropa və ABŞ-da 1880-ci ildən becərilir. Təbiətdə növün arealı Kamçatka, Primorye, Saxalın və Yaponiya əhatə edir.
Yaşıl meyvəli yemişan | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: ???: Yaşıl meyvəli yemişan |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Hündürlüyü 4 m, sıx, piramidal çətirli iri koldur. Gövdə və budaqların qabığı boz və sarımtıl-qonurdur; iynələri qısa, uzunluğu 1-1,5 sm-dir. Tumurcuqları qaradır. Yarpaqları yumurtavari və ya enli yumurtavari, ucu biz və pazşəkilli bünövrəli, dərin olmayan 9-11 hissəli və ya dişli, hər tərəfdən çılpaq və ya üstü seyrək tükcüklü, alt tərəfi tükcüklü, daha açıq, qısa zoğlarda uzunluğu 4,5 sm, eni 3,5 sm, uzun zoğlarda uzunluğu 13 sm-dək, eni 10 sm-dir. Saplağın uzunluğu 1-2,5 sm-dir. Yalançı zoğları enli, oraqvari əyilmiş, iri dişlidir. Çiçək qrupu çox sıx, azçiçəkli, uzunluğu 1,5-3 sm, diametri 2,5-6 sm, çılpaq və ya seyrək tükcüklü, saplaqlı olub, yarpaqların arasında gizlənmişdir.Çiçəklərin diametri təxminən 1,2 sm, ağ ləçəklidir. Kasayarpaqları əyilmiş, lansetvari-üçkünc, dişli, ucu əyilmiş, yaşıl və ya bənövşəyi-qırmızıdır. Erkəkciklər 20, al qırmızı, sütüncüqları 5-dir. Meyvələri şarşəkilli və ya yumru, diametri 1 sm-dək, qırmızıdır, yetişəndə qara olur, yaşılımtıl lətlidir. Çəyirdəkləri 4-5, üç kənarlıdır. Mart-iyun aylarında çiçəkləyir. Meyvəsi avqust-sentyabrda yetişir.
Seyrək meşələrdə, quru çay terraslarında bitir. Qışa davamlı, işıqsevəndir.
Böyük Qafqaz və Naxçıvan MR-da təbii halda rast gəlinir.
Ürəyə stimullaşdırıcı təsir göstərir, yuxusuzluqda, baş gicəllənməsində, astmada istifadə edilir. Bir neçə sortları vardır. Çiçəkləmə və meyvə vermə dövründə dekorativdir, park və alleya əkinləri üçün yararlıdır.