Yaşıl tısbağa və ya yaşıl dəniz tısbağası (lat. Chelónia mýdas) — Dəniz tısbaları fəsiləsinə aid canlı. Yaşıl tısbağalar (Chelonia Brongniart, 1800) cinsinin yeganə nümayəndəsidir. Əvvəllər isə Avstraliya yaşıl tısbağası bu cinsə daxil olsa da, hazırda Natator cinsinə daxildir.
Yaşıl tısbağa | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Yaşıl tısbağa |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Yaşıl tısbağalar əsasən Dünya okeanın sularında, Atlantik okean və Sakit okeanının tropik və subtropik qurşağın sahil sularında yayılmışlar. Yaşıl tısbağa 80–150 sm arası olan çanağa sahibdir. Çəkisi isə 70–200 kq arasında dəyişir. Ancaq nadir hallarda uzunluğu 200 sm və çəkisi 400–500 kq olan fərdlər müşahidə edilir.
Adının yaşıl tısbağa olmasına baxmayaraq, rəngi zeytuni yaşıl rəngdən tutmuş, qəhvəyi rəngdə olan fərdlərə rast gəlinir. Onların üzərində sarı və ağ ləkələr müşahidə edilir[3]
İlk illər yaşıl tısbağa açıq dənizdə yaşayır[4]. Bu zaman tısbağa meduza və digər dəniz canlıları ilə qidalanır. Sonradan həyat tərzlərini dəyişərək sahilə yaxın ərazilərdə yaşayırlar.[5]
Yaşıl tısbağanın əti və yumurtası olduqca dadlıdır. Ətindən Tısbağa şorbası hazırlanır. Hazırda yaşıl tısbağa ovu bir çox ölkələrdə qadağan olunmuşdur.