Tısbağa şorbası — əsasən Yaşıl tısbağa, Kaymanabənzər tısbağası, Qrifəbənzər tısbağa və Uzaqşərq tısbağası ətindən hazırlanır.
Hüquqi baxımdan tısbağa supunun hazırlanması qadağandır. Səbəb isə tısbağa şorbasında istifadə edilən tısbağaların böyük əksəriyyətinin qırmızı kitaba düşməsi və nəslinin kəsilmə ethimalının böyük olmasıdır.
Qatı qəhvəyi rəngdə olan şorbadır[1][2][3]. Tısbağanın əti hissələrə bölünərək 3–4 saat yarımduzlu suda qaynadılır. Şorbaya qatılıq vermək məqsədi ilə ona kartof qatılır.[4][5][6].
Bir çox Asiya ölkələrində, xüsusi ilə Sinqapurda çin mətbəxinin delikatesi hesab edilir. Ona çoxlu sayda ədva qatılır. Bu isə onun dadını artırır[7].
İngilis dilli ölkələrdə saxta tısbağa şorbası hazırlanır. Bu qida dananın beyin, dırnaq və daxili orqanlarından hazırlanır.
ABŞ Prezitenti Uilyam Taft tısbağa şorbası həvəskarı olmuşdur. Onun həmçinin bu yeməyi bişirmək üçün xüsusi aşpazı olmuşdur.