Yaşıl torpaq sovkası (lat. Actebia praecox) — pulcuqluqanadlılar dəstəsinin nəsli kəsilməkdə olan növü.
Yaşıl torpaq sovkası | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstəüstü: Ranqsız: Dəstə: ???: Yaşıl torpaq sovkası |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Qanadları açılmış halda 45-48 mm-dir. Ön qanadları yaşılımtıl-qonur, yaxud yaşıl olub göyümtülə çalır.[1]. Arxa qanadları qonur, kənarları tünddür, kənarları ağ saçaqlıdır.
Palearktikanın səhra-meşələrində və Rusiyada geniş yayılmışdır. Azərbaycanda arealı olduqca məhduddur, yalnız Böyük Qafqazın dağətəyi və dağlıq hissəsində nadir hallarda təsadüf edilir. Cəmi 2 kəpənəyi Quba rayonundan iyunda toplanmışdır.
Meşə açıqlıqlarında, çay kənarları və meşəətrafı sahələrdə yaşayır. Azərbaycanda biologiyası öyrənilməmişdir. Tırtılı torpaqda qışlayır. İyunun axırlarında tırtıl inkişafını başa vurur və puplaşır. Pup dövrü 25-30 gün çəkir. Tırtıl polifaqdır, yabanı və mədəni bitkilərlə, ən çox bağayarpağı, yovşan, südləyən paxlalı və bostan bitkiləri ilə qidalanır. Kəpənəyi maydan oktyabra qədər uçur. Ehtimal ki, ildə iki nəsil verir.
Yaşayış yerlərinin antropogen təsirlərə məruz qalması, kəpənəyin kolleksiyaçılar tərəfindən tutulması məhdudlaşdırıcı amillərdəndir.
Yaşayış yerlərində qoruqların, yasaqlıqların yaradılması, sayını nəzarətdə saxlamaq üçün yaşayış yerlərinə müntəzəm monitorinqlərin təşkil edilməsi qorunması üçün qəbul edilən tədbirlərdəndir.