Yaşar Əhmədov (kapitan)

Əhmədov Yaşar Mail oğlu — 1970-ci il noyabrın 11-də Qazax rayon Aslanbəyli kəndində ziyalı ailəsində anadan olmuşdur.

Əhmədov Yaşar
Əhmədov Yaşar Mail oğlu
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (42 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Hərbi Hava Qüvvələri
Rütbəsi Kapitan
Təltifləri "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı"Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı

1977-ci ildə Aslanbəyli kənd tam orta məktəbində 1 sinifə qəbul olmuşdur. 1987-ci ildə orta məktəbi bitirmişdir.1988-ci ildə hərbi xidmətə getmiş və 1990-cı ildə hərbi xidməti başa vurmuşdur.Azərbaycan Respublikasının DİN tərəfindən 1992-ci ilin avqust ayında giriş imtahanlarını müvəffəqiyyətlə verərək Ukrayna Respublikası Kremençuq Uçuş məktəbinə daxil olub. Azərbaycan Respublikası ilə Ukrayna Respublikası arasında olan müqavilə əsasında təhsil almışdır . Milli Aviasiya Akademiyası yarandıqdan sonra 1994-cü ilin may ayında təhsilini Milli Aviasiya Akademiyasında davam etdirmişdir .[1]

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Oxuduğu dövürlərdə həm Ukrayna,həm də Azərbaycanda Praktiki uçuşlar yerinə yetirmişdir.Mİ-2 və Mi-8 tipli helikopter pilotu kimi sertifkat almışdır.1996-cı ilin dekabr ayında Milli Aviasiya Akademiyasını müvəffiqiyyətlə bitirmişdir. Əhmədov Yaşar bu Akademiyanın ilk məzunlarındandır. 1998-ci ildə Hərbi Hava Qüvvələrində Pilot çatışmazlığı olduğuna görə könüllü olaraq hərbi təyyarəçi kimi xidmətə başlamışdır.[2]

Xidmət etdiyi 15 il ərzində

[redaktə | mənbəni redaktə et]
  1. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" Yubiley Medalı ilə təltif olunmuşdur.
  2. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 iyul 2008-ci il tarixli əmri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubileyi" medalı ilə təltif olunmuşdur.
  3. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 iyun 2008-ci il tarixli əmri ilə "Qüsursuz xidmətə görə 3-cü dərəcəli medalı ilə təltif olunmuşdur.
  4. Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə "Qüsursuz xidmətə görə 2-ci dərəcəli medalı ilə təltif olunmuşdur.
  5. Azərbaycan Respublikasının Hərbi Hava Qüvvəllərinin 1-ci dərəcəli təlimatçı pilotu olmuşdur.[2]

11 fevral 2013-cü il döyüş tapşırığını yerinə yetirərkən Şıxov çimərliyi ətrafında Mi-17 helikopteri qəzaya uğramış və 3 ekipaj üzvi ilə birlikdə Şəhid olmuşdur.[3][4][5][6]

  1. Ramiz Məsimoğlu. Müqəddəs ocaqlarımızdan və obalarımızdan. Bakı. 14.02.2013. səh. 224-228.
  2. 1 2 Zəminə xınalı. Şəhid pilotlar. Bakı: Araz nəşriyyat. 2018. səh. 71-74.
  3. "Sumqayıt qəzasında şəhid olan pilotun nəşi tapıldı". 2021-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-31.
  4. "Yaşar öz qəhrəmanlığı ilə əbədiyaşarlıq qazandı". 2019-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-31.
  5. Helikopter qəzasında 3 zabitimiz həlak olub
  6. Helikopter qəzasında həlak olan üçüncü hərbçinin də meyiti tapılıb

Ramiz Məsimoğlu. Müqəddəs ocaqlarımızdan və obalarımızdan. Bakı. 14.02.2013. səh. 224-228.
Zəminə xınalı. Şəhid pilotlar. Bakı: Araz nəşriyyat. 2018. səh. 71-74.