Yaşar Bünyad (tam adı: Əhmədov Yaşar Bünyad oğlu; 10 noyabr 1956, Əngəxaran, Şamaxı rayonu) — azərbaycanlı yazıçı.
Yaşar Bünyad | |
---|---|
Əhmədov Yaşar Bünyad oğlu | |
Təxəllüsü | Yaşar Bünyad |
Doğum tarixi | 10 noyabr 1956 (67 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyət illəri | XXI əsr |
Əsərlərinin dili | azərbaycanca |
Janrlar | roman, hekayə |
İlk əsəri | İblis Busəsi |
Mükafatları |
Ədəbi Azadlıq 2014,Mir Cəlal adına Beynəlxalq hekayə müsabiqəsinin qalibi 2018,"Manera.az" ədəbiyyat saytının "Ən yaxşı hekayə" müsabiqəsinin 2 cisi. 2019 -cu ildə "Ədəbiyyat Qəzeti" nin təsis etdiyi Əli bəy Hüseynzadə adına mükafatın laureatı olub. |
Şamaxı rayonunun Əngəxaran kəndində anadan olub. Cəmo Cəbrayılbəyli adına 5 saylı orta məktəbi bitirəndən sonra,əmək fəaliyyətinə başlayıb. Gəmi təmiri zavodunda fəhlə, hərbi xidmətdən qayıtdıqdan sonra "Azərbaycanfilm" kinostudiyasında işləmiş, ailə həyatı qurandan sonra qiyabi təhsilini Azərbaycan Kənd Təsərrüfatı institutunda davam etdirmişdir. 1997-ci ildən 2015-ci ilə qədər Rusiyanın Saratov vilayətində yaşayıb.Ailəlidir.3 oğlu var.
İlkin yaradıcılığa şeirlə başlayıb. 2010cu ildən hekayələri Azərbaycan mətbuatında yayımlanmağa başlayıb. " İblis busəsi" romanı kitab şəklində geniş oxucu kütləsinə təqdim ediləndən sonra yaradıcılığına önəm verərək daha məhsuldar çalışmağa başlayıb. 9 hekayədən ibarət "Miqrant" kitabı "Çardaq yayımları" tərəfindən nəfis formada nəşr edilib.Daha sonra miqrantların həyatından bəhs edən "Azan gəmilər limanı" povesti Azərbaycan jurnalında ixtisarla çap olandan dərhal sonra kitab kimi oxuculara təqdim olunub və böyük uğur qazanıb. 2020 ci ildə "Bir qələm" nəşriyyat evi "Xoşbəxtlər arasında yaşamaq " adlı hekayələr kitabını çap edərək oxuculara təqdim edib. "Qoşalülə" hekayəsi "Ədəbi Azadlıq 2014" müsabiqəsində, "General" hekayəsi isə manera.az ədəbiyyat və mədəniyyət portalının 2014-cü ildə keçirtdiyi "Ən yaxşı hekayə" müsabiqəsində mükafata layiq görülüb.
2018 ci ildə "Hələ ki təyyarələr uçur" hekayəsi Xalq yazıçısı Mir Cəlal Paşayev adına Beynəlxalq hekayə müsabiqəsinin qalibi seçilib.
2019 -cu ildə Azərbaycan Yazıçılar Birliyinin aparıcı mətbu orqanı olan "Ədəbiyyat qəzeti"nin təsis etdiyi Əli bəy Hüseynzadə adına mükafatının laureatı olub. 2022 -ci ildə "Kulis.az" saytının "İlin hekayəsi " müsabiqəsində "Quşlar qayıtdısa" hekayəsi ikinci mükafata layıq görülüb .Azərbaycan Yaradıcılıq Fondu yazıçını ""2022 -ci ilin Ədəbyyat adamı" mükafatına layiq görüb.
Hekayələri müxtəlif illərdə "Azərbaycan" , "Xəzan", "Yazı", Gürcüstan YB Azərbaycan şöbəinin "Körük" ədəbi-bədii jurnalında, AYB nin həftəlik "Ədəbiyyat qəzetində", "Literaturnıy Azerbaydjan" jurnalında çap olunub.