Yaşar Babayev (21 aprel 1941, Kirovabad – 12 sentyabr 2021) — sovet futbolçusu; uzun müddət "Neftçi"də oynamışdır
Yaşar Babayev | |||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||
Doğum tarixi | 21 aprel 1941 | ||||||||||||
Doğum yeri | |||||||||||||
Vəfat tarixi | 12 sentyabr 2021 (80 yaşında) | ||||||||||||
Vətəndaşlığı | |||||||||||||
Boyu | 172 sm | ||||||||||||
Mövqeyi | müdafiəçi | ||||||||||||
Karyerası | |||||||||||||
|
|||||||||||||
|
Yaşar Babayev 21 aprel 1941-ci ildə Gəncədə, dəmiryolçu ailəsində doğulub. Ailəsi dəmiryolçular olduğuna görə o, "Lokomotiv" komandasında oynamağa başlayıb. Sonra Babayevi "Toxucu"nun məşqçisi Valentin Xlıstova məsləhət görüblər və müdafiəçi 1960-cı ildə peşəkar karyerasına start verib.
Yaşar Babayev 1963-1971-ci illərdə "Neftçi PFK"nın heyətində çıxış edib.
O, 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanmış 12 futbolçudan biridir.
Müdafiəçi SSRİ çempionatlarında 200, kuboklarında isə 19 görüşdə meydana çıxıb.
Yaşar Babayev 12 sentyabr 2021-ci ildə 80 yaşında dünyasını dəyişmişdir.[1]