Yaşar Rəftar oğlu Cəlilov (1 may 1955, Şuşa, DQMV) — Azərbaycan Travmatoloqlar və Ortopedlər Assosiasiyasının prezidenti, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru, professor.
Yaşar Cəlilov | |
---|---|
Doğum tarixi | 1 may 1955 (69 yaş) |
Doğum yeri |
|
Elm sahələri | travmatologiya və ortopediya |
Elmi dərəcəsi | tibb elmləri doktor |
Elmi adı | professor |
İş yerləri |
|
Təhsili | Azərbaycan Tibb Universiteti, |
Tanınır | travmatoloq |
Yaşar Cəlilov 1978-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsini bitirib. Yaşar Cəlilov 1978–84-cü illərdə Dağlıq Qarabağ vilayət xəstəxanasında (Xankəndi şəhəri) travmatoloq vəzifəsində işləmişdir.[1]
1984-cü ildə Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda (Moskva) aspiranturaya daxil olmuş və 1987-ci ildə "Сравнительная оценка методов хирургического лечения остеохондроза поясничного отдела позвоночника" ("Onurğanın bel şöbəsinin osteoxondrozunun cərrahi müalicə metodlarının müqayisəli qiymətləndirilməsi") mövzusunda tibb elmləri namizədlik dissertasiyası müdafiə etmişdir.[2]
Yaşar Cəlilov 1987-ci ildən Elmi-Tədqqiat Travmatologiya və Ortopediya İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi və 2001-ci ildən elmi bölmə rəhbəri vəzifəsində çalışır.
2005-ci ildə Rusiya Federasiyasının Mərkəzi Travmatologiya və Ortopediya İnstitutunda (Moskva) "Комплексное консервативное и оперативное лечение сколиоза" ("Skoliozun kompleks konservativ və operativ müalicəsi") mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.[3]
Y. R. Cəlilovun Elmi və kliniki tədqiqatlarının əsas istiqamətləri: Onurğanın degenerativ xəstəliklərinin ortopedik və cərrahi müalicəsi; onurğa sütununun deformasiyalarının diaqnostikası, ortopedik və cərrahi müalicəsi; ətrafların müxtəlif etiologiyalı travmatik və ortopedik patologiyasının müalicəsinə həsr edilmişdir. Onun elmi-kliniki fəaliyyəti 121 elmi məqalə və 1 metodiki tövsiyədə işıqlandırılmışdır. Y. R. Cəlilov SSRİİ və Azərbaycan Respublikasının 5 Patentinin və 18 səmərrələşdirici təklifin müəllifidir. Elmi məqalələrinin 30-u xarici dövlətlərin aparıcı elmi jurnallarında dərc edilmişdir.
2014-cü ildən Azərbaycan Travmatoloq və Ortopedlər Assosiasiyasının[6] Prezidentidir. Həmin ildən etibarən Azərbaycan travmatoloq və ortopedlərinin xarici həmkarları ilə inteqrasiyası, bu sahənin inkişaf etdirilməsi, həkimlərin müasir nailiyyətlərlə tanış edilməsi və travmatoloqların təşkilatlanması üçün illik konfranslar, seminarlar keçirilir.
Travmatoloq və Ortopedlərin ənənəvi Beynəlxalq Konqresslərinin keçirilməsi də bu qəbildən mühüm əhəmiyyə daşımaqdadır. Yaşar Cəlilov rəhbərlik etdiyi İctimai Birliyin dövlət və qeyri-hökumət təşkilatları, beynəlxalq cəmiyyətlərlə əlaqələrinin gücləndirilməsi üçün bir sıra layihələr həyata keçirmişdir.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |