Bu məqaləni vikiləşdirmək lazımdır. |
Yaşar Arzuman oğlu Qurbanov
Yaşar Qurbanov | |
---|---|
Yaşar Arzuman oğlu Qurbanov | |
Doğum tarixi | |
Doğum yeri | Zaqatala rayonu |
Dini | İslam |
14 oktyabr 1975-ci ildə Zaqatala rayonunda anadan olmuşdur.
1992-ci ildə Zaqatala rayonunda orta məktəbi bitirmişdir. 1993-cü ildə Azərbaycan İqtisad İnstituna daxil olmuşdur. 1994-cü ildə Mədinə şəhəri İslam Universitetinə daxil olmuş və 2001-ci ildə Hədisi-şərif və islami araşdırmalar fakultəsini bitirib.
2003-2004 təhsil ilində Azərbaycan Beynəlxalq Universitetində müəllim işləmiş və həmin ildən ABU-nun dissertantıdır.
2001-ci ildən etibarən müxtəlif Qərb ölkələrində (ABŞ, Almaniya, Belçika, Hollandiya və s.) və İslam ölkələrində (Küveyt, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyin Krallığı və s.) işgüzar səfərlərdə olmuş, dini seminar və konfranslarda iştirak etmiş, dinlə bağlı mövzularda mühazirə oxumuşdur.
2003-cü ildən etibarən elektron KİV-də (AzTV, İTV, Space, ANS, İnternews Azerbaijan, Samanyolu TV, Burc FM, Araz FM) dini ekspert kimi çıxış edir.
2007-ci ildən etibarən 101 Antenn FM radiosunda Azərbaycanda tanınmış “İslam Dünyası” proqramının müəllifi və aparıcısıdır.
2007-ci ildə Azərbaycanda dini maairfçiliklə proffessional şəkildə məşğul olan www.islamevi.az qurub və hazırda bu sayt Azərbaycanda ən çox istifadə olunan dini sayt-kitabxana kimi fəaliyyət göstərir.
2003-cü ildən etibarən müxtəlif qəzet və jurnallarda dini-maarifçiliklə bağlı məqalələrlə çıxış edir.
Yaşar Qurbanov aşağıdakı kitabların müəllifidir:
Yaşar Qurbanov Azərbaycanda islam dininin yayılması və təbligatinda ciddi rolu olan bir şəxsdir. Onun hazırladığı dərslər, müəllifi olduğu kitablar və maarifləndirici məqalələri bu yolda hərzaman bizlər üçün bir işıq olub. Yaşar müəllim,həm də çox mehriban və sadə bir insandır. Hər hansi bir mövzunu oqədər incəliklə başa salir ki insan istər istəməz dərk edir və yaddaşına həkk olunur.Uca Allah elminə bərəkət versin