"Ya istiqlal, ya ölüm" — Mustafa Kamal Atatürkün Sivas konqresinə çıxışı zamanı istifadə etdiyi ifadə.
"Nitq" əsərində verilən versiyası:
Bu qərarın əsaslandığı ən güclü mühakimə və məntiq bu idi: Əsas prinsip türk millətinin ləyaqətli və namuslu bir millət kimi yaşamasıdır. Bu prinsip yalnız tam istiqlal əldə etməklə həyata keçirilə bilər. Nə qədər zəngin və bol olsa da, istiqlalı olmayan bir xalq, mədəni bəşəriyyəti qarşısında nökər olmaqdan daha yüksək rəftara layiq görülə bilməz.
Yad bir dövlətin himayə və qəyyumluğunu qəbul etmək insani keyfiyyətlərin yoxluğunu, acizliyi və tənbəlliyi etiraf etməkdən başqa bir şey deyil. Doğrudan da, bu alçaqlıq səviyyəsinə düşməyənlərin öz istəkləri ilə özlərinə yad ağa sırıması mümkün deyil. Halbuki türkün ləyaqəti, qüruru, bacarığı çox yüksək və böyükdür. Belə bir xalqın məhv olması qul kimi yaşamaqdan yaxşıdır! … O halda ya istiqlal, ya ölüm![1] |