Yabiqa Kuşayeva (başq. Рабиға Йәнғол ҡыҙы Ҡушаева 1901 – 1937, Moskva vilayəti və ya Moskva) — qadın hərəkatının fəalı.
Yabiqa Kuşayeva | |
---|---|
başq. Рабиға Йәнғол ҡыҙы Ҡушаева | |
Doğum tarixi | 1901 |
Vəfat tarixi | 1937 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | müəllimə |
Rabiga Yanqulovna Kuşayeva 1901-ci ildə Samara quberniyasının indiki Samara vilayətinin Bolşeçneriqovski rayonunun Xasanovo kəndində anadan olub.
1916-cı ildən bəri Rabiqa Kuşayeva Samara əyalətinin Burzyan kəndində müəllim işləyir.
1917-ci ildə Samara əyalətinin Puqaçevski rayonunun başqırdlarından nümayəndə kimi Orenburqdakı Birinci Başqırd Qurultayının işində iştirak etmişdir. Qurultayda başqırd qadınlarının bərabər hüquqlarını müdafiə etmiş və başqırd qadınlarına kişilərlə bərabər vətəndaş, siyasi hüquqların verilməsi tələbini irəli sürmüşdür. On hədəfdən ibarət olan təklikləri bəyat etmiş və onların həyata keçirilməsi üçün konkret tədbirlər təklif etmişdi. Məruzəsinə görə bəndlər gender bərabərliyini əks etdirmişdir[1].
1919-cu ildən Sovet İttifaqı Komunist Partiyasi Başqırdıstan Bölgə komitəsində qadın işləri şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
1920-ci ilin sentyabrında Sterlitamak şəhərində baş tutan I Fəhlə və Kəndli Qadınlar Konfransı təşkilatçılarından biri olur. 1921-ci ilin noyabrında Moskvada IX Ümumrusiya Sovetlər qurultayında iştirak edir. 1924-cü ilin noyabr ayında baş tutan Birinci Başqırdlı İşçi və Kəndli Qadınlar Qurultayının, habelə 1927-ci ilin oktyabrında keçirilmiş Ümumqırmızı Başqırd Qadınlar Konqresinin təşkilində və hazırlanmasında iştirak etmişdir.
1927-ci ildən S. Xudayberdin adına Ufa Uşaq Evinin direktoru vəzifəsində çalışmışdır.
1929-cu ildən Moskvada yaşayırdı. Rusiya Sovet Federativ Sosialist Rerspublikası Xalq Maarif Komissarlığının uşaq evləri şöbəsinin müfəttişi işləyib.
Yaroslavl Dəmir Yolunun Los platformasında elektrik qatarından evə gedərkən 1937-ci ilin yayında öldürülmüşdür.
Uşaqları: