Yablanitsa (mak. Јабланица; alb. Jabllanica) — Albaniya və Şimali Makedoniya Respublikası sərhədində yerləşən dağ silsiləsi. Silsilə cənubdan şimala doğru bu ölkələrin sərhədi boyunca davam edir. Oxrid gölündən daha şimal-qərbdə, Debar gölünə qədər uzanır. Dağ silsiləsinin uzunluğu təxminən 50 kilometr təşkil edir. Silsilənin zirvələri 2000 metrə qədər hündürlüyə malikdir. Ən yüksək zirvəsi Zeza (mak. Црн Камен; alb. Gur i Zi) dağıdır. Dağ təxminən dağ silsiləsinin mərkəzindədir və 2257 m hündürlüyə malikdir. Digər zirvələr: Strijek (2233 m), Taun (2125 m), Krstes (2186 m) zirvələridir. Dağ silsiləsi təxminən hər iki dövlətin arasında bərabər bölünmüşdür. Dağ silsiləsinin yaxınlığında Albaniyanın Librac və Makedoniyanın Struqa şəhərləri yerləşir.
Yablanitsa | |
---|---|
mak. Јабланица, alb. Jabllanica | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2257 m |
Hündür zirvəsi | Zeza |
Yerləşməsi | |
41°15′00″ şm. e. 20°30′00″ ş. u.HGYO | |
Ölkələr | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Dağın şərqində Qara Drina vadisi və Oxrid gölü yerləşir. Kiçik vadinin arxasında, yəni qərbdə demək olar ki, eyni hündürlüyə malik olan Şebenik dağları başlanır.
Yablanitsa dağ silsiləsi üçün relyef formasının periqlyasial forması tipikdir.[1] Dağ silsiləsində bir neçə sirk və buz gölü yerləşir. Dağ silsiləsi əhəng daşlarının və şistlərin toplanması nəticəsində meydana gəlmişdir. Bəzən serpentinə də rast gəlinir. Bir çox karst mənbəyi burada yerləşir.[1]
Şebenik dağlarından bir qədər daha qərbdə yerləşən dağ silsiləsinin Albaniya tərəfi 2008-ci ildən Şebenik-Yablanitsa Milli Parkı adı altında mühafizə olunur.[2]
Dağların yamacları əsasən meşələr ilə örtülmüşdür. 600 metrdən 1300 metrə qədər hündürlükdə istiliksevən palıd ağacı və şərq vələsi bitir. 1300 metrdən 1800 metrə qədər hündürlükdə təmiz fıstıq meşələri yerləşir. 1800 metrdən hündürdə subalp və alp çəmənləri yerləşir. Çəmənlərdən otlaqlar kimi istifadə olunur.[1]
Yablanitsa dağ silsiləsi adi vaşağın nəsli kəsilməkdə olan yarımnövlərindən olan balkan vaşağının yaşadığı nadir ərazilərdən biridir. Vəhşi təbiətdə ümumilikdə 100-dən az balkan vaşağı yaşayır.[1]