Yahagi çayı (矢作川, Yahagi-qawa) — Yaponiyada çay. Çay Naqano, Gifu və Aiçi prefekturalarından keçərək Mikava körfəzinə axır.[1]
Yahaqi çayı | |
---|---|
Ölkə | |
Uzunluğu |
|
Hövzəsinin sahəsi | 1.830 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Yapon təsnifatına görə Yahagi çayı birinci dərəcəli çay növünə aiddir.[2] Orta temperaturu yuxarı axarlarda 11 °C, aşağı axarlarda 15 °C-dir.[3]
Okavairi dağından cənuba axan çay Gifu prefekturasına daxil olur və Ena və Toyota şəhərlərindən keçir.[2] Aşağıda Yahaqifuru çayı (矢作古川 Yahagifuru-kawa) çayın ilkin yolunu izləyir, lakin Edo dövrünün əvvəlində olan daşqınların səbəbindən çay indiki yoluna dəyişdirildi. Çay, Mikava körfəzinə axdığı zaman Nişio və Hekinan şəhərləri arasında sərhəd təşkil edir.
Çay hövzəsinin çox hissəsi qranitdən ibarətdir və qranit süxurlarından əmələ gələn qum (qumlu çöküntülər) daşıyır. Aşağı axarda eni 5 km olan çay düzü pleystnosen çay terraslarından və Təbaşir dövrünün metamorfik süxurlarından ibarətdir. İndiki çay yatağı XVII-ci əsrdə əkin sahələrini daşqınlardan qorumaq üçün süni şəkildə köçürüldükdə formalaşmışdır.
Çaydan 78 km aralıda 1970-ci ildə tikilmiş Yahagi Daini və Yahagi Daiiti bəndləri yerləşir.
34°49′14″ şm. e. 136°58′14″ ş. u. (mənsəbi)