Yaku Meyte (11 fevral 1996-cı ildə Parisdə anadan olub) — Ridinq klubundan icarə əsasında Liqa 1 təmsilçilərindən olan Sojo klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Kot-d'İvuar futbolçusudur.[3]
Yaku Meyte | ||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||
Tam adı | Yaku Meyte | |||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Paris, Fransa | |||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | ||||||||||||||||||||||||||||||||||
Boyu | 185 sm | |||||||||||||||||||||||||||||||||
Çəkisi | 72 kq | |||||||||||||||||||||||||||||||||
Mövqeyi | Yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||||||||
Klub | Sojo | |||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Meyte öz peşəkar karyerasında debütünü PSJ klubu ilə 9 aprel 2016-cı ildə etmişdir. O, 91-ci dəqiqədə Liqa 1 komandalarından olan Genqam klubu ilə qarşılaşmada Jan-Kevin Oqustini əvəz etmişdir. Həmin görüşdə PSJ Genqama səfərdə 2-0 hesabı ilə qalib gəlmişdir.[4]
29 iyul 2016-cı ildə Meyte İngiltərə klublarından olan Ridinq klubu ilə üç illik müqavilə imzalamışdır.[5] Meyte Ridinq klubu ilə debütünü 9 avqust 2016-cı ildə EFL Kubokunda Plimut Arqli klubuna qarşı oyunda etmişdir.[6] Meyte klubu ilə ilk qolunu isə 21 yanvar 2017-ci ildə Çempionşip görüşündə Derbi Kauntri klubu ilə oyunda vurmuşdur. Həmin görüşdə Ridinq rəqibinə 3-2 hesabı ilə məğlub olmuşdur.[7]
7 iyul 2017-ci ildə Meyte Liqa 1 təmsilçilərindən olan Sojo klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir.[8]
Meyte Fransada anadan olmuşdur. Valideynləri isə Kot-d'İvuarlıdır. Meyte Kot-d'İvuarın U-17 və U-20 komandalarında çıxış etmişdir.[9]
Klub | Mövsüm | Liqa | Milli Kubok | Liqa Kuboku | Kontinental | Digər | Ümumi | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Diviziya | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Pari Sen-Jermen | 2013–14 | Liqa 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 |
2014–15 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | ||
2015–16 | 1 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 1 | 0 | ||
Ümumi | 1 | 0 | 2 | 3 | - | - | 1 | 0 | 0 | 0 | 4 | 3 | ||
Pari Sen-Jermen B | 2013–14 | National 2 | 1 | 0 | - | - | 7 | 0 | - | 1 | 0 | |||
2014–15 | 20 | 6 | - | - | 6 | 4 | - | 30 | 1 | |||||
2015–16 | 24 | 2 | - | - | 10 | 4 | - | 23 | 5 | |||||
Ümumi | 45 | 8 | - | - | - | - | 23 | 8 | - | - | 68 | 16 | ||
Ridinq | 2016–17 | Çempionşip | 14 | 1 | 0 | 0 | 1 | 0 | - | 0 | 0 | 15 | 1 | |
2017–18 | 0 | 0 | 0 | 0 | 0 | 0 | - | 0 | 0 | 0 | 0 | |||
Ümumi | 14 | 1 | 0 | 0 | 1 | 0 | - | - | 0 | 0 | 15 | 1 | ||
Sojo (icarə) | 2017–18 | Liqa 2 | 0 | 0 | 0 | 0 | 0 | 0 | – | – | 0 | 0 | ||
Ümumi karyera | 60 | 9 | 0 | 0 | 1 | 0 | 23 | 8 | 0 | 0 | 84 | 17 |