Yalçın Əfəndiyev (Əfəndiyev Yalçın Rafiq oğlu; d. 1971. Bakı, Azərbaycan SSR, SSRİ) — Professor. Hesablama və tətbiqi riyaziyyat sahəsində fəlsəfə doktoru Texas Aqrar‑Texniki Universitetinin hesablama elmləri kafedrasının müdiri.
Yalçın Əfəndiyev | |
---|---|
Əfəndiyev Yalçın Rafiq oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Elm sahəsi | Riyaziyyat |
Elmi adı | Professor |
İş yeri | Texas A&M Universiteti |
Təhsili | M.V.Lomonosov adına MDU |
Əfəndiyev Yalçın Rafiq oğlu 1971-ci il yanvarın 25-də Bakıda anadan olub. Əslən Qazax rayonundandır. Bakının 82 nömrəli orta məktəbində oxuduğu zaman riyaziyyat üzrə Respublika olimpiadasında iki dəfə uğurla çıxış edərək 1987-ci ildə I dərəcəli diplom, 1988-ci ildə isə riyaziyyat üzrə məktəblilərin Ümumittifaq olimpiadasında II dərəcəli diplomunu alıb. Məktəbi qızıl medalla bitirmişdir. 1993-cü ildə M.V.Lomonosov adına MDU-nun mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. ABŞ-də təhsilini davam etdirərək 1999-cu ildə Kaliforniya Texnologiya İnstitutunda hesablama və tətbiqi riyaziyyat sahəsində fəlsəfə doktoru alimlik dərəcəsini alıb. Minnesota Universiteti nəzdində Tətbiqi Riyaziyyat İnstitutunda (ABŞ, Minnesota ştatı) ikiillik postdoktorluq təcrübəsindən sonra Y.Əfəndiyev 2001-ci ildə Texas Aqrar-Texniki Universitetində (Texas A&M University) professor assistenti olub. 2008-ci ildə ona professor adı verilib. Elə həmin il Texas A&M. Universiteti nəzdində Elmi-Hesablama İnstitutunun direktoru vəzifələrini icra edib, 4 ildən sonra isə həmin institutun direktoru olub. O, 2012-ci ildə Texas A&M Universitetində hesablama elmi kafedrasının müdiri vəzifəsinə təyin olunub.[1]
Y.Əfəndiyev bir sıra mükafatın sahibidir: Fraunqofer-Bessel mükafatı (Aleksandr Humboldt Fondu tərəfindən təsis edilib), ən görkəmli dissertasiya işinə görə Kaliforniya Texnoloji Universiteti tərəfindən təqdim olunan “W.P Carey” mükafatı. O, müxtəlif nüfuzlu elmi-tədqiqat jurnallarının redaksiya heyətlərinin üzvü, həmçinin “SIAM Multiscale Modeling and Simulation”, “Geomathematics”, “DCDSB”, “Numerical Mathematics”, “International Journal for Uncertainty Quantification” jurnallarında redaktor köməkçisi, “Vıçislitelnaya i prikladnaya matematika” jurnalının baş redaktorudur. Bundan başqa, alim bir neçə peşəkar təşkilatın - SIAM, AMS, InterPore, SPE-nin üzvüdür.
Çoxsaylı məqalələrin müəllifi, bir sıra beynəlxalq konfrans və simpoziumların iştirakçısıdır.