Yala bənzər uzununa dyunlar – (rus. гребневидные продольные дюны, ing. ridge like longitudinal dunes) parabolik dyunların “buynuzlarını” ot basması sayəsində əmələ gəlmiş dyun formaları. Dyunların bərkidilməmiş sərbəst orta hissəsi hərəkət zamanı bərkidilmiş uc hissələrindən ayrılır, nəticədə bir-birinə paralel iki tirə əmələ gəlir.[1]