Yalançı alabəzək kəpənək

Yalançı alabəzək kəpənək - (lat. Syntomis phegea) buğumayaqlılar tipinin kəpənəklər dəstəsinin syntomidae fəsiləsinə aid olan növ

Yalançı alabəzək kəpənək
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Yalançı alabəzək kəpənək
Beynəlxalq elmi adı

Xarici quruluşu[redaktə | mənbəni redaktə et]

Yalançı alabəzək kəpənək, pulcuqluqanadlılar (Lepidoptera) dəstəsinin Syntomidae fəsiləsindən olub, qanadları açılmış halda 32–38 mm-dir.

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Kəpənəyin yırtıcı tırtıllarının təkipəksarıyanın yumurta və kiçik yaşlı tırtılları ilə qidalanması Qafqazda, o cümlədən Azərbaycanda ilk dəfə 1972-ci ildə Yalama meşə təsərrüfatlarında Zəkəriyyə Məmmədov, R.M.Əfəndi tərəfindən qeydə alımnmışdır. Sonralar 2004-2006-cı illərdə Şəki-Zaqatala bölgəsində təkipəksarıyana qarşı bioloji mübarizə məqsədilə arealdaxili köçürmə üsulu ilə onun tırtıllarından istifadə edilmişdir. Bu baxımdan Lənkəran bölgəsində pardığımız tədqiqatlara əsasən, alabəzək kəpənəyin tırtılları üzərində geniş müşahidələr və hesablama işlərinin aparılmasını məqsədəuyğun hesab etdik. Kəpənəklərin təbiətdə uçuşu may ayının axırından, avqust ayının axırınadək davam edir. Onlar meşənin tala hissələrində bitən gandalaş bitkisinin çiçəkləri ilə qidalanaraq cütləşirlər. Cütləşdikdən 5-6 gün sonra, meşə ağaclarının kök hissəsinə yaxın yem bitkiləri, ağacların gövdələrində olan mamırlar üzərinə qrup halında kiçik yumurtalar qoyurlar. Payıza yaxın, sentyabr ayının axırlarında yumurtalardan tırtıllar çıxmağa başlayırlar. Tırtıllar üçüncü yaş dövrünədək yem bitkiləri ilə qidalanırlar və sonra qışlamaya gedirlər. Onlar ağacların qabığı altında, yerə tökülmüş yarpaqlar altında, ağacların kök hissəsinə yaxın yerlərdə qışlayırlar. Yazda, mart ayında, bir neçə gün ağacların gövdəsi üzərinə döşənmiş (xüsusilə palıd ağacı üzərində) mamırlarla, təzəcə torpaqdan baş qaldırmış bitkilərlə və sonra isə ağacların gövdəs üzərindəki təkipəksarıyanın topa halında qoyduğu (hər topada 500-800 yumurta) yumurtalarla qidalanırlar. Tırtılların bədəni qaramtıl olmaqla üzərində zərif tükcüklər vardır. Müşahidələrə əsasən, havanın temperaturu 16-18oC olduqda olduqda belə tırtıllar qışlama yerlərindən çıxaraq qidalanmağa başlayırlar. Belə bir vəziyyət 2004-cü ilin dekabr ayında baş vermişdir. Belə ki, Lənkəran rayonunun Şıxakəran kəndində yerləşən meşə sahələrindən 100-150 ədəd alabəzək kəpənəyin tırtılları götürülmüşdür.

İnkişafını başa vurmuş tırtıllar may ayının ortalarında zərif ipək torlu barama içərisində puplaşmağa başlamışlar. Pup tünd-qəhvəyi rəngdə olub, parıldaqdır. Puplaşma mərhələsi may ayının sonunadək davam edir. May ayının axırı və iyun ayının əvvəli puplardan kəpənəklər çıxmağa başlayır. Yırtıcı alabəzək kəpənək tırtıllarının yeyimcilliyi və təkipəksarıyanın sayının aşağı salınmasını öyrənmək məqsədilə 2010-2011-ci illərdə Şəki-Zaqatala bölgəsində (Qəbələ və Şəkidə) təkipəksarıyan ilə yoluxmuş palıd ağacları üzərində hesablama işləri aparılmışdır. Aşkar edilmişdir ki, bir hektar meşə sahəsində 100 palıd ağacında 80-dək ipəksarıyanın 2-3 və bəzən də 4-5 yumurta topasına rast gəlindiyi (75-80%-dək yoluxma) halda, hər ağacda 3-4 ədəd yalançı alabəzək kəpənəyin II-III yaş tırtıllarına rast gəlinmişdir. Həmin tırtıllar 2-3 gün müddətində 80 yumurta topasından 60-ı ilə qidalanmışlar. Daha 2 gündən sonra 10 yumurta topası qalmışdır ki, bu da ipəklsarıyanın yumurta və tırtıllarının 80-85 % suntomis tərəfindən məhv olması deməkdir. Təkrar belə hesablama işləri nəticəsində müəyyən edilmioşdir ki, təkipəksarıyanın yumurta və tırtıllarına qarşı bioloji mübarizədə alabəzək kəpənəyin yırtıcı tırtıllarından arealdaxili köçürmə üsulu ilə istifadə etmək mümkündür.

Beləliklə, bağ və meşə ağacları zərərverticilərinin və onların entomofaqlarının növ tərkibinin, bioloji xüsusiyyətlərinin və təsərrüfat əhəmiyyətinin öyrənilməsi, entomofaqlardan zərərli cücülərə qarşı mübarizə aparılması işində imkanlar yaradır.

Yayılması[redaktə | mənbəni redaktə et]

Azərbaycanda (Şəki, Zaqatala, Lənkəran, Cəlilabad və s. rayonlarda) yayılıb.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]