Yamba Tenmey Sel Muzeyi

Yamba Tenmey Sel Muzeyi (やんば天明泥流ミュージアム, Yanba Tenmey Deyryu Myuciamu?)Yaponiyanın Qunma prefekturasının Naqanohara qəsəbəsində yerləşən muzey. Muzey 1783-cü ildə baş vermiş Tenmey püskürməsi hadisəsinə həsr olunmuşdur.

Yamba Tenmey Sel Muzeyi
Xəritə
Açılış tarixi 3 aprel 2021
Mövzu Tenmey püskürməsi[d]
Ölkə
Yerləşir Naqanohara[d]
36°32′37″ şm. e. 138°40′47″ ş. u.HGYO
town.naganohara.gunma.jp/…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1994–2019-cu illərdə Qunma Prefektura Arxeoloji Tədqiqat Mərkəzi və qəsəbənin təhsil şurası tərəfindən Yamba su bəndinin tikintisi zamanı ərazidə arxeoloji qazıntı işləri aparılmışdır. Əsasən Aqatsuma çayı boyunca aparılmış qazıntılar nəticəsində Comon dövrünə aid qalıqlar, eləcə də, 1783-cü ildə baş vermiş Tenmey püskürməsi nəticəsində torpağın altında qalmış kəndlərin xarabalıqlar tapılmışdır.[1] Muzey aparılmış qazıntı işlərinin nəticələrini nümayiş etdirmək məqsədilə 3 aprel 2021-ci ildə açılmışdır. Muzeyin yaradılması üçün 1,86 milyar yen vəsait xərclənmişdir.[2]

Naganohara Bələdiyyə Birinci İbtidai Məktəbi.

Muzey 5 avqust 1783-cü ildə baş vermiş Tenmey püskürməsi hadisəsinə və hadisə zamanı burada yaşayan əhalinin gündəlik həyatına həsr olunmuşdur. Asama dağının püskürməsi nəticəsində baş verən bu insident yaxınlıqda yaşayan 1523 nəfərin nəfərin ölümünə və 2065 evin zərər görməsinə səbəb olmuşdur.[2] Muzeydə bu hadisə nəticəsində torpaq altından çıxarılmış xarabalıqlar və əşyalar mühafizə olunur. Tonomiya, Nişinomiya və İşikavahara xarabalıqları qazıntılar zamanı kəşf edilmiş ən əhəmiyyətli xarabalıqlardır.[1] Muzeydə çay yarpaqlarının olduğu çaydan, tütünün olduğu trubka kimi 500-dən çox əşya sərgilənir.[2] Bundan əlavə, burada Comon dövrünə aid əşyalar da nümayiş etdirilir.[1]

Muzey bir mərtəbədən ibarətdir. Muzeyin 40 nəfərlik tutuma malik teatrında 4x7 metr ölçülərində olan ekran quraşdırılmışdır və Tenmey püskürməsinə, eləcə də, Edo dövründəki gündəlik həyata aid videomateriallar göstərilir. Daimi sərgi zalı 4 bölmədən ibarətdir: "Giriş", "İnsanların həyatını diriltmək", "Oğurlanmış həyatlar" və "Fəlakətin memuarları". Tematik sərgi zalında qazıntı işləri tapılmış və Comon dövrünə aid olan daş alətlər, dulusçuluq məmulatları sərgilənir. Muzeydə təlim otağı, dükan və sənədlərlə tanışlıq guşəsi yerləşir.[3]

Muzey kompleksinə 1911-ci ildə tikilmiş və 2002-ci ilə qədər fəaliyyət göstərmiş Naqanohara Bələdiyyə Birinci İbtidai Məktəbinin keçmiş binası daxildir.[2] Qunma prefekturasındakı ən köhnə taxta məktəb olan bu tikili muzeyin yanına köçürülmüşdür. Tikilidə ibtidai məktəbə və qəsəbəyə dair materiallar sərgilənir.[1] Məktəbin məzunu olmuş, "Como Karuta"nın yaradıcısı Masahiko Urano üçün guşə yaradılmışdır.[3]

  1. 1 2 3 4 "ミュージアムについて". Muzeyin rəsmi saytı (yaponca). 25 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2024.
  2. 1 2 3 4 "やんば天明泥流ミュージアム、4/3オープン". Yamba.net (yaponca). 25 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2024.
  3. 1 2 "施設紹介". Muzeyin rəsmi saytı (yaponca). 25 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]