Yamin qalası

Yamin qalasıSabunçu rayonunun Kürdəxanı kəndində yerləşən maraqlı quruluğa malik tikili.

Yamin qalası
Ölkə  Azərbaycan
Şəhər Kürdəxanı
Tikilmə tarixi XX əsrin 50-ci illəri
Yamin qalası (Abşeron rayonu)
Yamin qalası

Tarixi[redaktə | mənbəni redaktə et]

Rəvayətlərə görə bu qəribə tikilinin adı bir vaxtlar Kürdəxanı kəndində Yamin adlı sözünü açıq deyən, yoldaşlarından bir çox şeylərdə seçilən bir şəxsin adı ilə bağlıdır. Fiziki cəhətdən qüvvətli olan bu şəxs silah gəzdirmək qadağan dövrdə kiçik çaplı silahı gəzdirərmiş. Buna baxmayaraq, Yaminin düşmənləri tərk-silah edərək ona bədən xəsarəti yetirir, başından ağır zərbələr alırr. Bundan sonra Yamin başından aldığı zərbələrin təsirindən yaddaşını və həyatdakı mövqeyini itirib, doğru-dürüst nə işlə məşğul olduğunu da anlaya bilmir.

Yaşaması üçün kənd sakinləri ona maddi yardım edirlər. Lakin Yamin ona verilən bu sədəqəni yığıb təkbaşına simvolik bir qala ucaldmaq qərarına gəlir. Kimsəsiz olan bu şəxs özündən sonra bir iz buraxmaq istəyi. Qalanın daşlarınıözü kürəyində daşımaqla o qalanı tikir. Kənd sakinləri arasında bu qala “Yamin qalası” adlandırılır[1].

Tikili[redaktə | mənbəni redaktə et]

Bu qalanın hündürlüyü 8 metr, divarının qalınlığı bir metr yarımdır. Qala daş və adı palçıqdan inşa edilmişdir. Hazırda tikili baxımsız vəziyyətdədir [2].

Şəkilləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. sputnik.az. "Nakam sevgi qalası - Kürdəxanıda dərvişin itmək üzrə olan izləri" (az.). [1]. 2023-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-24.
  2. moderator.az. ""O daşları belində daşıyıb bu qalanı tikib, yetim oğlan idi" - Kürdəxanıdakı "Nakam sevgi" qalası" (az.). [2]. 2023-11-24 tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)