Yan Körtis

Yan Kevin Körtis (15 iyul 1956 – 18 may 1980) — Ingiltərəli musiqiçi, poet, Joy Division qrupunun vokalçısı və bütün mahnı sözlərinin müəllifi. Dəfələrlə rok musiqisinin tarixində görkəmli şəxs, və post pank, qotik rok janrlarının "ögey atası" adına layiq görülüb. Onun yaradıcılığı indi rok, və bu musiqiyə ayıd olan mədəniyyətə böyük təsir göstərib. Yanın "sonuncu" mahnısı olan "Love Will Tear Us Apart" dünyada ən çox oxunan mahnılardan biri oldu. Körtisin həyatı iki bədii filmdə göstərilib — "24 hour party people" (2002) və "Kontrol" (2007).

Yan Körtis
Ian Curtis
Ümumi məlumatlar
Doğum adı Yan Kevin Körtis
Doğum tarixi 15 iyul 1956(1956-07-15)[1][2]
Vəfat tarixi 18 may 1980(1980-05-18)[1][2] (23 yaşında)
Vəfat səbəbi İntihar
Vətəndaşlığı İngiltərə İngiltərə
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1976-1980
Janrlar Post Pank, Pank rok
Musiqi alətləri vokal,gitara
Səs tembri Bariton
Albom şirkəti Factory Records[d]
Əlaqəsi Joy Division
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yan Körtis Mançester şəhərində dünyaya göz açıb. Uşaqlığı isə Maklsfildin Hördlsfid royununda keçib. Kevin və Dorin Körtislərin iki uşağından böyüyü olub. Poeziyaya, ədəbiyyata olan marağı lap uşaq illərindən büruzə verməyə başlayıb və o özündə natiqliyi, şeir yazmaq bacarığını erkən yaşlardan inkişaf etdirib. 11 yaşında King’s Schoola qəbul olmaq üçün təqaüd proqramlna düşsə də, o bu şansı işlətməyib, lakin öz şairliyini və musiqiyə olan marağını inkişaf etdirməkdə davam edib. Orta məktəbi bitirdikdən sonra Körtis ilk olaraq Mançesterdə, sonra isə Maklsfilddə dövlət işinə düzəlir.

Yeniyetmə olarkən dostları ilə, məktəbinin "qocalara yardım" proqramı çərçivəsində, ahıl insanların yanına gedirdi. Orada əlinə düşən hər hansı bir dərmanı götürüb, sonra dostları ilə qəbul edirdi. Bir dəfə, Yanın 16 yaşı olanda, Xlorpromazinin yüksək dozunu qəbul etdiyinə görə huşunu itirmişdir. O, öz atası tərəfindən otağında tapılıb təcili xəstəxanaya çatdırılmışdı və orada onun qarnını yumuşdular.

Körtis 12 yaşından musiqiyə böyük maraq göstərməyə başlayıb. Ən sevdiyi və Yanın gələcək yaradıcılığına ən çox təsir edən ifaçılar, Cim MorrisonDevid Boui idi. Amma sadə işçi təbəqəsindən olduğuna görə vinil almaq onun üçün həmişə mümkün deyil idi, ona görə də çox vaxt oğurluğa əl atırdı.

Onun ədəbiyyatda sənəmi Uilyam Berrouz, Ceyms BallardCozef Konrad idi. ("Interzone", "Atrocity Exhibition" və "Colony" mahnılarının başlıqları bu şairlərin eyniadlı əsərlərindən götürülüb).

1970-ci illərin axırı ingilis səhnəsinin əsas fiqurlarından biri ki qəbul edilir, hansı ki post pankın inkişafında böyük rol oynayıb.

1975-ci ilin 23 avqustunda Körtis məktəbdən tanıdığı Debora Vudrafla evlənib. Onlar Toni Nutall adlı ortaq dostlarına görə tanış olmuşdular və əzəlcə sadəcə dost idilər, lakin 1972-ci ildə sevgili oldular. 1979-cu ilin 16 aprelində Natali adlı qızları dünyaya göz açır.

Sex Pistolsun 1976-cı ilin iyulunda keçirilən konserindəy Körtis məktəbdə bir oxuduğu dostlarını görür — Bernard Samner, Piyer Huk və Teri Meysonu. Onlar Yana qrup yaratmaq istədiklərini deyirlər, və o onlara eyni şey etmək istədiyini söyləyir. Qrup əvvəlcə öz adını, Devid Boui nin Low albomunda olan "Warszaw" mahnısı ilə ilhamlanıb "Warsaw" qoyur, lakin sonra, Londondan "Warsaw Pakt" qrupu ilə yanlış salmasınlar deyə adını deyişir. Yeni "Joy Division" adı 1955-ci ildə çap olunmuş "Kukla evi" adlı romandan götürülüb, bu ad orada nasist əsgərləri üçün ölüm düşərgələrindən gətirilən qadınlardan ibarət fahişəxana adı idi. Körtis qrupun vokalisti, bütün testləri müəllifi və qrupun lideri oldu. Arada oxuya oxuya gitarada da ifa edirdi.

Yanın qaranlıq, sanki dəfn mərasimi kimi ağır lirikası Joy Divisiona sonsuz depresiya qruounun imicini yaratdı. Körtisin qakın və duyğusuz səsi, onun səhnədəki obrazı ilə kontrast yaradlrdı. O çıxış edəndə sanki transa düşüb, robot tək bədən hərəkətləri edirdi, hansıları ki epileptik sudurğaları xatırladırdı. Körtis gerçəkdən də epilepsiya xəstəsi idi, lakin qrup üzvləri bunu əvvəldən bilmirdi.

Huk yadına salırdı:

…Hər şey 1978-ci ilin 28 dekabr Hope & Anchor barında verdiyimiz konsertdən sonra dəyişdi. Evə qayıdanda Yanı sudurğa tutdu və mən düz 4 saat onun dilini saxlayaraq yanında oturmuşam. Ən pisi də o idi ki, o hər saniyə özünü günahlandırırdı, artıq yük hesab edirdi. O çox çalışırdı ki heç nə yoxmuş kimi davam etsin, və biz ona çox minnətdar idik, amma… Bəlkə də, öz minnətdarlığımızı daha aydın izah etməli idik. Amma xəstəlik haqda qəti danışmaq olmazdı, bu vəziyyəti daha da çətinləşdirəcək idi. "Yaşı görək, hər şey yaxşı olacaq" kimi boş cümlələrlə bir təhər atmosferi dəyişməyə cəhd edirdik, lakin ona bu sözləri deyən ki o elə bir zarafat edirdi ki, tam əksini göstərirdi. Belə baxanda o özü özü üçün ən pis düşmən idi.

Xəstəlik qrupun inkişafı ilə birlikdə inkişaf edirdi. Sonlara yaxın artıq çıxış vaxtı sudurğalar tuturdu.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Yanın həyat yoldaşı deyirdi ki , o 1979-cu ilin oktyabrında Annik Onore adlı belçikalı jurnalist ilə, hansını ilk dəfə Brüsseldəki konsertində tanıyıb, roman qurmuşdu. Baxmayaraq ki, Körtis uzun müddət həyat yoldaşına xəyanət edib, və onun xəyanət etməsinə heç bir imkan yaratmayıb, yenə də ailəli olub kənarda eşq qurduğuna görə əzab çəkirdi, amma Annik ilə olmaq istəyi daha üstün idi. 1980-ci ildə Yan Bernarddan onun yerinə qərar almağını istədi — həyat yoldaşı ilə qalsın, yada onunla ayrılıb Annik ilə daha dərin münasibət qursun, Bernard bu qərarı qəbul etməkdən imtina etdi. Annik Onorenin özü 2010-cu ildə verdiyi müsahibədə demişdir "baxmayaraq ki, biz Yanla birlikdə çox vazt keçirirdik, bizim münasibətlərimiz platonik idi"

1980-ci ilin yazında, baxmayaraq ki qrupun potensialı gündən-günə artırdı, Yan depressiyada idi. Onun evliliyi Annik Onireyə olan sevgisinə görə dağılırdı, epilepsiyanın sindromları isə özlərini daha çox üzə verməyə başlamışdı. Mayın 18 i Körtis Maklsfilddəki evinin mətbəxində, birinci intihar cəhdindən bir neçə gün sonra, düyün düzəldərək özünü asıb intihar etdi. Həyat yoldaşı onun cansız nəşini səhər evə qayıdaraq tapdı. Qramafonda dayanmadan İggi Popun The Idiot albomu oxuyurdu. Ölümündən bir gün qabaqkı axşamı "Stroşek" filmini izləyin telefonla , Throbbing Gristle qrupundan olan Pi-Oriclə telefon danışığı apardı. Onların söhbətindən sonra Oric əmin idi ki Yan birazdan özünə qəsd edəcək. Musiqiçinin vücudu 23 may tarixində yandırıldı (kremasiya).

Körtisin ölümü Joy Division qrupuna olan marağı daha da artırdı, və yayda çıxan ikinci və sonuncu albomlarının satışında şamil olundu. Qrupun qalan üzvləri New Order adlı yeni qrup yaratdı, hansı ki gələcəkdə inanılmaz iqtisadi uğur qazanacaq.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Ian Curtis // Babelio (fr.). 2007.