Cozef Konrad (ing. Joseph Conrad), əsl adı Yuzef Teodor Konrad Kojenyovski (pol. Józef Teodor Konrad Korzeniowsk, polyak: [ˈjuzɛf tɛˈɔdɔr ˈkɔnrat kɔʐɛˈɲɔfskʲi] ( dinlə)) və ya Feodor İosif Konrad Korjenevski (rus. Феодор Иосиф Конрад Корженевский; 3 dekabr 1857[1][2][…] – 3 avqust 1924[3][1][…], Kent qraflığı[4]) — Polşa əsilli İngiltərə yazıçısı, dəniz romanının ustası.[5]
Cozef Konrad | |
---|---|
Doğum adı | Józef Teodor Konrad Korzeniowski |
Doğum tarixi | 3 dekabr 1857[1][2][…] |
Vəfat tarixi | 3 avqust 1924[3][1][…] (66 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Fəaliyyəti | yazıçı, romançı, esseist, ssenarist, fantastika yazıçısı[d], avtobioqraf[d] |
Fəaliyyət illəri | 1895–1926 |
Əsərlərinin dili | ingilis dili |
Janr | povest |
Tanınmış əsərləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Yuzef Teodor Konrad Kojenyovski anasının mülkünün yerləşdiyi, Rusiya imperiyasının Kiyev quberniyasının Berdiçevski qəzasının (indiki Ukraynanın Jitomir vilayətinin Berdiçevski rayonu) Terexovo kəndində, Polşa zadəganı, şair Apollon Kojenyovskinin ailəsində anadan olmuşdur.[6]
Fransa və İngiltərədə dənizçi olmuşdur. 1886-cı ildə Britaniya vətəndaşlığını almış və ədəbi yaradıcılığa başlamışdır. O, 1895-ci ildə "Almayerin axmaqlığı" adlı ilk romanını nəşr etdirmişdir. İngilis dilini öyrənməkdə ilk çətinlikləri aradan qaldırmışdır. İnsana baxışında Dostoyevskiyə yaxın olan Konrad həyat haqqında amoral anlayışında nihilist idi. O, müəllifi olduğu macəra romanlarında dəniz və ekzotik mühitlərin təsvirini birləşdirmışdir. Bu əsərlərin çoxunda avtobioqrafik mahiyyət olurdu. Ənənəvi macəra romanlarının xətti povest formalarından fərqli olaraq, onun əsərlərində böyük dərəcədə müşahidə və psixoloji təhlil hissi ortaya qoyulurdu.[7]